{category-title}

Akif Rəhimov nədən hədəf seçilir

 

 

Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsi və qorunmasında, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli surətdə iştirak etməli, həyatın güzgüsü kimi, həqiqət carçısı olmalıdır.

Ümummilli lider Heydər ƏLİYEV

 

Zəmanəmizin ən ümumi səciyyəsi belədir: dünya qloballaşır və sosiallaşır. Yəni insanların həyatına ümumi proseslər hakim kəsilir, çoxluğun maraq və tələbatı önə çıxır. Elmi-texniki yeniliklər də, əsasən, bir-biri ilə sıx bağlı olan bu iki inkişaf meylinin xidmətindədir. Ümumi texniki tərəqqi qloballaşmanın axarında ölkələrin və dövlətlərin sərhədlərini maneəsiz aşıb keçir. Baş verən yeniliklərin  virtual böyük auditoriyalar yaratması isə dünyanın informasiya ilə idarə olunması effektini gücləndirir.  
 
Fantastik imkanlardır. Qədərincə və xoş məramla yararlandıqda sonsuz hüdudlar açır, əks yöndə hədsiz bəlalar gətirir. Eynilə nüvə enerjisindən istifadə zamanı olduğu kimi: elektrikə çevriləndə ən ucuz güc mənbəyi olur, bombaya yüklənəndə dağıdıcı gücə çevrilərək bütün planetin və bəşəriyyətin həyatını təhlükə altına alır, məhvə məhkum edir. Qloballaşma da belədir: əndazəni aşanda xalqların maraqlarını tapdalayır. Sosiallaşma da bəzən təhlükə daşıyıcısına çevrilir: yanlış istiqamətə yönləndirilmiş kütlə dağıdıcı qüvvəyə çevrilir.
Bu baxımdan texniki tərəqqinin insanlara bəxş etmiş olduğu qlobal və sosial informasiya şəbəkəsi həqiqətə yönləndiriləndə misilsiz həmrəylik, harmoniya yaradır. Yalanın, bəd niyyətin sosial informasiya şəbəkəsində yayılması isə çaşqınlıq, qıcıq, aqressiya törədir, ictimai rəyi yanlış istiqamətə yönəldir.
Artıq ürəyindəki hansısa fikri bölüşmək üçün qonşunun qapısını döyməyə, kimdənsə günlərlə məktub gözləməyə də ehtiyac yoxdur. Həmfikirlərin harasa təcili yığışması da vacib deyil. Hansısa məlumat, rəy, mülahizə qısa müddətdə və çevrəsi genişlənməklə maneəsiz yayılır. “İnternet” deyilən beynəlxalq elektron rabitə vasitəsi həm ənənəvi KİV yayımlarını, həm də “sosial media” adına iddialı ümumdünya sosial şəbəkələrini informasiya məkanında “qonşuluq”, “ortaqlıq”  mövqeyinə çıxarıb. Bir çox halda ənənəvi informasiya vasitələri ilə sosial şəbəkə yayımlarının sədləri itir, bir-birinə qarışır. Bu durum neçə çözülməlidir? Sosial şəbəkə, doğrudanmı, yeni tipli mediadır? Bu şəbəkəni yönləndirən bloggerləri, onun istifadəçilərini jurnalist saymaq olarmı?
Son bir il ərzində xeyriyyəçi-biznesmen Akif Rəhimova qarşı həm sosial şəbəkədə, həm mediada aparılan kompaniyaya nə ad verək?
Özü də həssas yerdən vururlar- şəhid qızını oğlu maşınla vurub öldürüb, qanın batırıb və sair. Guya hadisəni törədən gəncin atası hamını pulla ələ alır.
Kimsə hadisənin təfərrüatına varmaq istəmir.
Qeyd edək ki, hadisə 08.11.2017-ci ildə Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib. Həmin vaxt Rəhim Rəhimov törətdiyi qəzada dünyasın dəyişən, 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını ilkin yardım etmək istəyib. Amma sürücünün cəhdləri nəticə verməyib və vətəndaş dünyasını dəyişib. Hadisə yerinə gələn polis işçiləri onun pis halda olduğunu gördükdə sakitəşməyini istəsələrdə R.Rəhimov özünü ələ ala bilməyərək stress vəziyyətdə olub. Bu təbii belədə olmalıdır və 17 yaşlı gənc, həyatda yenicə nəyin nə olduğunu anlamağa çalışan bir şəxsin düşdüyü vəziyyət normal qəbul ediləndir. Qəza anında hər bir sürücü stress keçirir, bu onun təcrübəsindən və ya yaşından asılı olan bir məsələ deyildir. 

Lakin bizi indi narahat edən məqam bu deyil. Bəzi media mənsublarının və polisin irəli sürdüyü ittihamlar: Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olub kimi iddialar tamamilə cəfəngiyatdır. Belə ki, hadisə yerinə gələn polis tərəfindən barəsində olan bütün məlumatların alındıqdan sonra onun evinə getməsini və valideyni ilə birlikdə çağırdıqda polis idarəsinə gəlməsi qeyd edilib. R.Rəhimov isə 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızının cənazəsi aparılmayana qədər hadisə yerindən ayrılmayıb. Amma media orqanlarına guya R.Rəhimovun hadisə yerindən qaçdığı yalanı sızdırılaraq, bir gəncin taleyinə ləkə yaxmaq, həyatını məhv etməyəm yönəlmiş qərəzli əməllərdir. 
Akif Rəhimovun övladı 17 yaşlı Rəhim Rəhimovun sürət həddini aşmadan törətdiyi qəza anı tam görüntüləri var və sübutlar göstərir ki, sürücü ehtiyatsızlıqdan hadisəni törətdikdən sonra hadisə yerini tərk etməyib. 
R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. Maraqlıdır ki, bu fakt bir gənci polis orqanlarının bəzi əməkdaşlarının istəyi ilə hədəfə çevirib. A.Rəhimova qarşı olan bu kanpaniya illərdir davam etdirilirdi. Görünən o ki, bir gəncin qəza törətməsi onun atasının öz biznesindən əl çəkməsi üçün bəzilərinin əlinə fürsət verib.  Həmin əməkdaşlar da cəzalarını alıblar.
Tələbə həyatını yarıda saxlayıb gözəl illərini (6 il) şər-böhtan ucbatından həbsxanada keçirməsi niyyətini güdənlər var. Həqiqət isə məhz kimin, kimin oğlu olması ilə deyil, subutlarla, dəlillərlə təsdiq edilməlidir. Maddi subutların gəncin törətdiyi qəzadan sonra qaçmaması və hətta bu qəzanın onun tərəfindən törədildiyini bildirməsi bildiyimiz qədər işin yüngüləşməsi halını yaratmaqdadır. 
Lakin atası iş adamı olan gəncin həyatını məhv etmək istəyənlər sıraya düzülüb. Əslində hədəf atasıdır.
Onu da unutmaq olmaz ki, Akif Rəhimov uzun müddətdir ki, respublikamızda sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu günə kimi ölkəmizdə iqtisadiyyatın inkişaf etdirilməsi yöndə dərin töhfələrini də verib. Yəni, adı çəkilən şəxsin bugünkü mövqeyi ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi istiqamətində çağırışlarına dəstək verməkdir. Adicə onu da vurğulamaq yerinə düşər ki, hal-hazırda bu şəxs 3 (üç) min nəfərdən çox şəxsi iş yeri ilə təmin edib, dolanışıqlarının təmin olunmasına imkanlar da yaradıb.

 

PressXeber.info

Son xəbərlər

Azərbaycanda geniş mənada pul kütləsi 8 %-ə yaxın artıb

Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb

Ukrayna Rusiyanın ən böyük NEZ-lərindən birinə hücum edib

DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb

Mikayıl Cabbarov: "Türkiyə-Suriya boru xətti Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinə töhfələr verəcək"

Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir"

Mikayıl Cabbarov:" Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq"

Azərbaycan nefti ucuzlaşıb

BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Prezident nekroloq imzaladı

Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb

Sabahın hava proqnozu açıqlanıb

Pezeşkian sabah Pakistana səfər edəcək

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Bütün xəbərlər