{category-title}

"Ölkəmiz daim qabağa getsin, inkişaf etsin, güclənsin" - Prezident İlham Əliyev

 Azərbaycan Respublikasının Prezident İlham Əliyev fevralın 18-də Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olub.
Azvision.az xəbər verir ki, dənizkənarı bulvarda Sumqayıt sakinləri dövlətimizin başçısına yaxınlaşaraq söhbət ediblər. 

Sakinlər: Xoş gəlmisiniz bizim Sumqayıta. Siz bizim prezidentlər içərisində seçilən Prezidentimizsiniz. Biz sizinlə fəxr edirik. Allah Sizə cansağlığı versin, bizə bu gözəl şəraiti Siz yaratmısınız. 

Prezident İlham Əliyev: Xoş gördük, çox sağ olun, necəsiniz? 

Sakin: Hörmətli Prezidentimiz, Sizin bu gəlişiniz Sumqayıt üçün, bizim üçün toy-bayramdır. Bunun iki böyük amili, bir nəticəsi var. O amilin biri odur ki, hörmətli Prezidentimiz, Ali Baş Komandanımız xalqın arasındadır. İkinci böyük amil ondan ibarətdir ki, ölkəmizin bütün əhalisi, bütün sakinləri Prezidentimizin tərəfindədir. Bunun nəticəsi nədir? Nəticə odur ki, xalqla Prezidentin böyük monolit birliyi var. Bəzən elə olur ki, öz ayaqqabısının ölçüsü qədər bir iş görə bilməyənlər bu qədər gözəlliyə, bu qədər inkişafa ağız büzürlər. Amma onlar bu monolit birliyin qabağında dura bilməzlər, qəti dura bilməzlər. 

Sakin: Allah Sizi qorusun, cənab Prezident, xahiş edirik, bizim salamlarımızı analar anası, xanımlar xanımı Mehriban xanıma çatdırasınız. 

Prezident İlham Əliyev: Mütləq çatdıraram. 

Sakin: Möhtərəm Prezidentimiz cənab İlham Əliyev, Siz gündən-günə gözəlləşən, abadlaşan, qocaldıqca cavanlaşan Sumqayıt şəhərinə çox xoş gəlmisiniz. 

Cənab Prezidentimiz, mən 50 ildir Sumqayıtda yaşayıram, 85 yaşım var. Mən buraların dünənini yaxşı görmüşəm, qamışlıq, çirkab, şoran çöllər. Buraya heç kim gəlmək istəmirdi, amma bu gün gələn getmək istəmir. 

Sakin: Nəinki gələn, biz buradan gözəl ev almışıq, gözəl ev tikdirmisiniz. Çox gözəl, yüksək səviyyədə. 

Sakin: Mənim ağlıma gəlməzdi ki, Sizin möcüzə adlandırdığınız Sumqayıt bulvarında mən nəvələrimlə, tay-tuşlarımla gəzim. Allah Sizi var eləsin. Bu yaşımda Sumqayıt bulvarında gəzməyimlə fəxr edirəm. 

Prezident İlham Əliyev: Çox sağ olun. 

Sakin: Bir şəhid anası kimi, leytenant anası kimi Sizə çox-çox təşəkkür edirəm ki, bütün şəhid ailələrinə yardım etdiniz, kömək etdiniz. Onların başının üstündə həmişə bir ata, oğul, qardaş kimi olasınız. 

Prezident İlham Əliyev: Həmişə elə də olacaq. Əmin ola bilərsiniz. 

Sakin: Mən zabitəm, Qarabağ döyüşlərində iştirak etmişəm, qaziyəm. Əvvəla, Sizə “Xoş gəlmisiniz!” deyirik, Allah Sizi qorusun. Siz Azərbaycanın başının tacı olan şəhidlərin ailələrini qəbul etdiniz, o duyğulu anları biz indi də yaşayırıq. Bir daha sübut etdiniz ki, həmin yaşlı şəhid ailələrinin bir oğlusunuz, bu gün həddi-buluğa çatan şəhid övladlarına bir böyük qardaşsınız. Allah Sizdən razı olsun. Mən Sizi inandırıram ki, Azərbaycanın hər bir övladı o ərazilərin azad olunmasına canla-başla hazırdır. Vətəni uğrunda canından keçməyə, əlindən gələni etməyə hazırdır. Azərbaycan əsgəri 2016-cı ildə bunu bir daha sübut etdi. Biz hər zaman Sizin ətrafınızdayıq və İnşallah, “İrəli!” əmrinizi gözləyirik. 

Sakin: Sumqayıt idmançıları Sizə həmişə dəstək olub və həmişə də dəstək olacaqlar. 

Sakin: Bulvarın salınması, bu evlərin tikilməsi üçün böyük minnətdarlığımı bildirirəm. Sizin səyiniz, göstərişləriniz nəticəsində belə gözəl bulvar yaradılıb, evlər tikilib. Çox sağ olun, Allah Sizə ömür versin. 

Prezident İlham Əliyev: Sağ olun. 

Sakin: Sizi bir tələbə kimi salamlayıram, bizim Sumqayıtımıza xoş gəlmisiniz. Tələbələrin təqaüdünü artırdığınıza görə Sizə çox təşəkkür edirəm. Tələbələr adından Sizdən bir xahişim də var. Sumqayıt Dövlət Universitetinin, şəhərdəki kolleclərin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və bizim tələbələrin orada yerləşdirilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik. 

Prezident İlham Əliyev: Biz bu məsələni də həll edəcəyik. Bu il bu məsələ həll olunmalıdır. Bilirsiniz ki, keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq. Həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək. 

Bilirsiniz ki, son illər Sumqayıtın inkişafı ilə bağlı çox böyük işlər görülüb. Sumqayıt bu gün müasir sənaye mərkəzinə çevrilib və burada fəaliyyət göstərən müəssisələrdə minlərlə insan işlə təmin edilir. Elə bu gün səhər yeni müasir polietilen zavodunun açılışını etdik. Bu zavod təqribən 500 iş yeri yaradan bir müəssisədir. Burada istehsal olunacaq məhsullar ixracyönümlüdür və ölkə iqtisadiyyatına böyük töhfə verəcək. Biz bu yaxınlarda azot gübrələri zavodunun açılışını da etdik. Orada da 500 nəfər işlə təmin olunub. Eyni zamanda, göstəriş vermişəm ki, ödənişli ictimai işlər də açılsın və 2 min iş artıq açılıbdır. Göstəriş vermişəm ki, əlavə təqribən 2 minə yaxın ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar orada işləyə bilsinlər. Siz xatırlatdınız, mən demişəm ki, Sumqayıt bulvarı da bir möcüzədir. 

Mən həmişə demişəm ki, Sumqayıt inkişaf baxımından paytaxt şəhərinə yaxın olmalıdır və bu gün biz bunu görürük. Düzdür, Bakı son illər çox gözəlləşib, abadlaşıb, ancaq Sumqayıt kimi gözəl şəhərdə insanların istirahəti üçün mütləq bulvar olmalı idi və biz bir il, hətta bir ildən tez bir vaxtda 4 kilometr uzunluğunda bulvar yaratdıq. İndi bura Sumqayıtın əsas istirahət zonasıdır, görün, nə qədər gözəlləşib. Siz burada dəfələrlə olmusunuz, mən də dəfələrlə olmuşam. Əvvəlki mənzərə əlbəttə ki, çox acınacaqlı idi. Amma bu gün yeni yollar salınır, yeni binalar tikilir, ictimai yerlər yaradılır. Yəni, Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir. Bir tərəfdən sənaye müəssisələrinin yaradılması, - Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir, - digər tərəfdən, bu gün Sumqayıtın ekoloji vəziyyəti görün nə qədər yaxşılaşıb. Sumqayıtın havası elə bil ki, kurort havasıdır. Əvvəlki illərdə olan toz-dumana, havanı çirkləndirən bəzi müəssisələrin fəaliyyətinə son qoyuldu. Bütün yeni müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Buna görə indi burada ekoloji durum çox yaxşıdır. Minə yaxın evin dam örtüyü təzələnib və bu iş davam edir. Liftlər, həyətlər, yollar təmir olunub. Bu yaxınlarda 2 saylı xəstəxananın əsaslı təmiri haqqında Sərəncam imzalandı. Bundan əvvəl 1 saylı xəstəxana əsaslı təmir edildi. Baxacaqlar, əgər 2 saylı xəstəxananın təmiri mümkündürsə, təmir olunacaq, mümkün deyilsə, sökülüb yenidən tikiləcək. 

Qazlaşdırma - burada qazla problem olmamalıdır, həll edilib. İçməli su, elektrik enerjisi ilə bağlı məsələlər həll olunub. Biz burada böyük bir elektrik stansiyası tikmişik ki, bu, Sumqayıtı tam təmin edir. Əlbəttə ki, iş yerlərinin yaradılması diqqət mərkəzindədir. Baxın, bu tikintilərdə gör nə qədər adam işləyir, yeni müəssisələrdə nə qədər adam işləyəcək. Bütün bu işləri biz ona görə görürük ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. İndi minimum əməkhaqqının, minimum pensiyanın, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin qaldırılması – bütün bunlar nəyə görə mümkün olub? Ona görə ki, çox ciddi islahatlar aparılıb və bizə əlavə gəlir gəlir. Bu gəliri biz, ilk növbədə, hara yönəltməli idik, məhz sosial məsələlərin həllinə. Ona görə bu siyasət davam etdiriləcək və əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, uşaqlar daha da yaxşı böyüsünlər, Vətənimizin layiqli övladları olsunlar, ölkəmiz daim qabağa getsin, inkişaf etsin, güclənsin. 

Sakin: Cənab Prezident, əsas Sərəncam Sumqayıt şəhərinin 70 illiyinin keçirilməsi ilə bağlı idi. 

Prezident İlham Əliyev: Bəli, onu da bu yaxınlarda imzalamışam. 

Sakin: İnşallah, onu Sizin iştirakınızla yüksək səviyyədə keçirərik. 

Prezident İlham Əliyev: Əlbəttə, böyük tədbir, böyük bayram olacaq. O Sərəncamın imzalanması da Sumqayıta göstərilən növbəti diqqətin əlamətidir. 

Sakin: Siz 23-cü dəfədir ki, Sumqayıta gəlirsiniz. 

Prezident İlham Əliyev: İyirmi dəfədən çoxdur. 

Sakin: Özü də hər gəlişiniz Sumqayıtın həyatında və sumqayıtlıların qəlbində silinməz iz qoyur, bizi ruhlandırır, sevindirir, bizə qanad verir. Biz ona görə Sizə minnətdarıq ki, Sumqayıt Sizin qayğınız və diqqətiniz nəticəsində belə inkişaf edir, çox sağ olun, var olun. Allah-Təaladan bir arzumuz var ki, yüz yaşayasınız, sağlam olasınız. Sizə ailə səadəti arzulayırıq. Bir də onu demək istəyirəm ki, bu bulvarın tarixçəsi var. Sumqayıtın 25 illik yubileyində Ulu Öndər bizim indiki Dram Teatrında keçirilən təntənəli yığıncaqda gözəl bir çıxış etdi, sumqayıtlılara və Sumqayıta yüksək qiymət verdi. Dedi ki, arzu edirəm, dəniz qırağında, ləpədöyəndə, yəni, sahildə yaxşı bir bulvar salınsın ki, sumqayıtlıların istirahəti üçün yaxşı yerləri olsun. Siz gəldiniz, Ulu Öndərin bu arzularını yerinə yetirdiniz. Sağ olun, var olun, Allah ölkəmizə sabitlik, əmin-amanlıq, bolluq versin. Allah Sizi qorusun! 

Prezident İlham Əliyev: Sağ olun. 

Son xəbərlər

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI

"Mən ruhən Ak Partiyadan ayrılmamışam" - Davutoğludan ŞOK AÇIQLAMA

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Azərbaycanda yeni Mərkəz yaradıldı

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” - Qurban Qurbanov

Bütün xəbərlər