{category-title}

Bakıda məktəblinin intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI: - uzun dırnaqlar, sirli fotolar və...

 Bir neçə gün əvvəl Bakı şəhər Sabunçu rayonunda məktəbli oğlanın özünü asaraq intihar etməsi hadisəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Kürdəxanı qəsəbəsində yaşayan və yataq otağında özünün asaraq həyatına son qoyan 15 yaşlı Quluzadə Əli Asif oğlunun meyitinin müayinəsi zamanı onun dırnaqlarını xeyli uzatdığı üzə çıxıb. Orta məktəbin rus bölməsinin 9-cu sinfində oxuyan Əlinin dəftərlərində isə çoxlu qəribə cin-şeytan, özünü asmış insan fotoları və digər qeyri-adi görüntülər üzə çıxıb. Ailə üzvləri bildiriblər ki, Ə.Quluzadə bir müddət imiş ki, özünə qapanıbmış və qaranlıq otaqda qalmağa çalışırmış. Onun dəftərlərində ölüm və nifrəti əks etdirən digər qeydlər də olub. Yaxınlarının bildirdiyinə görə, yeniyetmə son vaxtlar internetdə hansısa təsirlərin altına düşüb və bundan sonra davranış və düşüncələrində köklü dəyişikliklər nəzərə çarpıb.

Qeyd edək ki, 15 yaşlı Əli Quluzadə özünü asarkən evdə tək olub. Onun orta məktəbə davamiyyəti və qiymətləri normal olub.

Onu da qeyd edək ki, intihar edən məktəblinin anası, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi olan İlhamə Poladova övladının intiharı ilə bağlı ictimaiyyətə müraciət edib. O, müraciətində bildirib: “Ay analar, atalar! Ayılın. Övladını itirən ana kimi sizə müraciət edirəm. Mənim gül kimi təmiz balam sosial şəbəkələrdə paylaşılan oyunun qurbanı oldu. Uşaqlara şüuraltı təsir edib, psixi dünya görüşlərini dəyişirlər . Bunu paylaşmaqda məqsədim odur övladlarınızı qoruyun. Mən balamı qoruya bilmədim. Sosial şəbəkələrdə yayılan oyunların qurbanı olub həyatına son qoydu. Birinci əlamət uşaqlar telefona, kompüterə çox bağlanır. Sonra qaranlığı sevirlər, sonra hiss edilmədən özlərinə cüzi xəsarətlər edirlər. Baxışları dəyişir, Aqressivləşirlər. Ayılın. Nəzarət edin, onları xilas edin. Mənim balam sosial şəbəkələrdəki terrorun şəhidi oldu”.

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər