{category-title}

"Space" televiziyasının işçiləri 5 aydır maaşlarını ala bilmir – Televiziya günündə biabırçılıq

 

"Space" televiziyasının işçiləri maaşlarını ala bilmədiklərinə görə bütün çəkilişləri dayandırıblar. Onlar Dövlət Əmək Müfəttişliyinə gedəcəklərini bildiriblər.

PressXeber.org bizimyol.info-ya istinadən xəbər verir ki, bu gün 14 Fevral televiziya işçilərinin bayramı günündə "Space" televiziyasının işçiləri Dövlət Əmək Müfəttişliyinə getmək barədə razılığa gəliblər. Onlar aylardır ala bilmədikləri maaşlarını televiziyanın bayramı günündə almaq istəsə də, kanalın rəhbəri Vaqif Mustafayev onları qəbul etməyib və onlara gözləməyi, yaxın vaxtlarda maaşlarının bir hissəsinin veriləcəyini deyib. Lakin aylardır yalan vədlərə inanmayan işçilər bu dəfə kanal prezidentinə günün sonuna kimi maaşlarının verilmədiyi təqdirdə onu əmək müvəttişliyinə şikayət edəcəklərini bildirib. Hazırda kanalın işçiləri bütün çəkilişləri dayandırıblar.

Saytımıza məlumat verən kanal işçisi bildirib ki, axırıncı dəfə sentyabr ayında maaş alıblar: "Biz maaşlarımızı tələb edirik. Bu gün televiziya işçilərinin bayramı günüdür. Axırıncı dəfə maaşlarımızı sentyabr ayında almışıq. Belə biabırçılıq olmaz. Biz bu bayram günündə ailəmizə nə deyək.? Kanal rəhbərliyi isə pul yoxluğunu hiss etmir…Bu necə olur. Əgər maaşlarımız bu gün verilməsə, biz Dövlət Əmək Müfəttişliyinin qarşısında toplaşacağıq. Fikirlərimizi, şikayətimizi bildirəcəyik."

Deyilənlər haqda açıqlama almaq istəsək də nə kanalın prezidenti Vaqif Mustafayev, nə də vitse prezident Kamil Şahverdiyev telefonlarımıza cavab vermədi.

Qeyd edək ki, bu, "Space" televiziyasının rəhbərliyi haqda ilk şikayət deyil, kanal işçiləri neçə müddətdir maaşlarını ala bilmədiklərini, kanalın idarəçiliyində problemlərin olduğunu, ayrı-seçkiliyin olduğunu, kanalın günü-gündən məhv olduğunu bildiriblər.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər