{category-title}

“Bibiheybət” Gəmi Təmiri Zavodunda görülən işlərin görünməyən tərəfləri - İTTİHAM

 Ölkəmizdə dəniz nəqliyyatının və ya gəmiçiliyin rəsmi yaranma tarixi bu məqalənin mövzusu deyil. Xəzər Dəniz Gəmiçiliyi 1992-ci ilə qədər, yəni sovetlər ittifaqı dağılana qədər, SSRİ Dəniz Donanması Nazirliyinin tərkibindəki 17 gəmiçilik idarəsindən biri olub. İkinci dəfə müstəqilliyə qovuşduqdan sonra çətin bir dönəmdən keçmiş ölkəmiz, artıq iqtisadi və siyasi azadlığı əldə etməsi ilə yanaşı həmdə ölkədə köklü dəyişikliklər aparmışdır. Bütün sahələrdə inkişaf etməkdə olan ölkəmiz nəqliyyat sahəsində də müəyyən uğurlu nəaliyyətlər əldə etmişdir. Nəqliyyat strukturları arasında ən qədim tarixə sahib olan dəniz nəqliyyatının fəaliyyəti ölkə iqtisadiyyatına və inkişafına əhəmiyyətli dərəcədə təsir edir. Son illərdə dəniz nəqliyyatına diqqətin artması, tranzit yüklərin əsas hissəsinin məhz dəniz nəqliyyatı ilə daşınması, ölkənin iqtisadi inkişafında əhəmiyyətli yer tutması bir daha bu sahənin təkmiləşdirilməsini tələb etdi. Ölkə başçısının apardığı düzgün siyasətin nəticəsi olaraq dənizçilik fəaliyyətinin yenidən yaradılması, təkmilləşdirilməsi və genişləndiriləməsi məqsədi ilə imzaladığı 2014 cü il əmri ilə ölkənin əsas və aparıcı 2 böyük dəniz donanmalarının birləşməsi nəticəsində yaradılmış Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi dəniz nəqliyyatının prespektivlərini və imkanlarını daha da gücləndirdi. Eyni zaman da 2015 ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanın yaradılması bu sahənin ölkəmiz üçün strateji əhəmiyyətli olduğunu bir daha sübut etdi.

Bütün bu uğurların əldə edilməsi üçün uzun illər göstərilmiş səylərin nəticəsində dövlətin gəlirlərinin artması ilə yanaşı bu sahədə çalışanların korrupsiya əmməlləri də artmış oldu. Uzun illər Xəzər Dəniz gəmiçilıyinə rəhbərlik etmiş Aydın Bəşirovun bu sahədən uzaqlaşdırılmasından sonra,hər şeyin dəyişəcəyinə ümid edənlərin sayı çoxaldı. Düzdü son bir neçə ildə ölkə başçısının səyləri, diqqəti, nəzarəti sayəsində bir sıra yeniliklər əldə olunub. Amma bu, heç də köhnə adətlərin də dəyişilməsi demək deyil.Yeni yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə sədr təyin olunmuş Rauf Vəliyevin barəsində dövrü mətbuatda yayılanlara bir daha qayıtmaq istəməzdik. Onun kim olduğu, harada işlədiyi, kimlərin vasitəçiliyi ilə bu mühüm posta gəlməsi barədə kifayət qədər yazılıb. Ancaq onun idarəçilik sistemin heç də Aydın Bəşirovun idarəçilik sistemindən geri qalmadığını,hətta bəzi hallarda sələfini üstələdiyini vurğulamamaq olmur. Rauf Vəliyevin gizlin gəlirlərini hesablamaq üçün gücli bir iqtisadçı, maliyyəçi olmaq gərəkdiyindən biz bu məsələlərə də toxunmadan onun kadr siyasətinə,yəni rəhbərliyə gəldikdən sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də apardığı kadr dəyişikliklərinə nəzər salmaq istərdik.

Aparılan kadr siyasəti ilə bağlı mediada yer alan məlumatlara istinadən bildirək ki, QSC-nin rəhbər postlarında çalışan şəxslərin əksəriyyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyevin yaxın adamlarıdır. Misal kimi, onun birinci müavini Zamiq İsmayılovu, müavini Nəzrəddin Əhmədzadəni, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutunun baş direktoru Fazil Qəhrəmanovu, Dəniz Nəqliyyatı Donanmasının rəisi Emin Nəzərovu, Xəzər Dəniz Neft Donanmasının rəisi İsrail Bayramovu, “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanovu, «Zığ» Gəmi Təmiri Zavodunun direktoru Rəfail Mikayılovu, İstehsalat Xidmətləri İdarəsinin rəisi Faiq Xəlilovu, Sosial İnkişaf İdarəsinin rəisi Namiq Nurməmmədovu göstərmək olar. Deyilənlərə görə, adıçəkilən şəxslər Rauf Vəliyevin yaxın adamlarıdır və o, bir sıra məsələləri məhz onların yardımları ilə yoluna qoyur.

Biz bu kadrların da ayrı ayrılıqda gördükləri işlərin fərqində deyilik Lakin “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanovun barəsində söylənilənləri oxucularla bölüşmək istərdik. Nəsib Qəhrəmanovun əvvəllər hansı sahədə çalışması heç kimə bəlli deyil. Bəlli olan onun Naxçıvanda doğulmasıdır. Naxçıvanda doğulması, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədri Rauf Vəliyevin ARDNŞ-nin prezidenti ilə yaxın münasıbətləri barədə yayılmış məlumatların üst-üstə düşməsi, Nəsib Qəhrəmanovun məhz Rövnəq Abdullayevin adamı olması versiyasını inandırıcı edir. Elə bu səbəbdən də verilən məlumatlara görə Nəsib Qəhrəmanov sözügedən zavoda istədiyi kimi rəhbərlik edir.Sözugedən zavodda gəmilərin doka qaldırılması, yoxlanılması, sualtı səthinin, sükanın və vintlərin təmizlənməsi və rənglənməsi, gəmi sistemlərinin, avadanlıqlarının və cihazlarının sazlanması və təmiri, elektrik və radionaviqasiya avadanlıqlarının təmiri və sazlanması, mühərrik və avadanlıqların quraşdırılması və təmiri, dalğıc, su altında mühəndislik və hidro-texniki işlər, hava ilə doldurulan xilasetmə sallarının, hidrostatik ayırıcı qurğuların, fərdi xilasetmə vasitələrinin yoxlanılması və təmiri və digər bir sıra texniki xidmətlərin göstərilməsii həyata keçirlir.

Bəs görəsən zavodda bu kimi işlərin görülməsi hansı səviyyədə aparılır? Məlumata görə Nəsiv Qəhrəmanov bu zavoda rəhbərliyə gələn kimi zavodda təmir işlərinə başlayıb. Aparılan təmir işlərindən kifayət qədər qazanc əldə edən yeni direktor deyilənlərə görə zavodun həyətində sovet dönəmindən qalma bir çox maşın və mexanizmləri istifadəyə yararsız adı ilə metallom edərək satmaqdan külli miqdarda gəlir əldə edib. Əlbəttə zavodun hesabına deyil, şəxsi büddcəsinə daxıl etmək yolu ilə. Qeyd etmək istərdik ki, zavodda daimi işlərlə bərabər, müvəqqəti işlər mövcuddur. Zavodun direktoru Nəsib Qəhrəmanovun məhz bu müvəqqəti işlərdən xeyli gəlir əldə etdiyi bildirilir. Məsələn zavodda gəmilərin rənglənməsi üçün rəngsazlar müvvəqqəti iş hesab edilir və bu işiə cəlb olunanlar əmək haqqının müəyyən mislini zavod direktoruna veməli olur. Gəmilərin təmiri üçün kənardan dəvət olunan mütəxəsislərlə də müqavilə bağlanmır və Nəsib Qəhrəmanov bu yollarla da xeyli gəlirlər əldə etmiş olur. Bunlardan başqa “Bibiheybət” Gəmi Təmiri Zavodu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC -yə və başqa təşkilatlara məxsus gəmilərı və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, xüsusi boyalar və texniki vasitələr də hazırlamaqla da gəlirlər əldə əldə edir. Məlumatlara görə Başqa təşkilatlatlara göstərilən xidmətlər bir çox hallarda rəsmiləşdirilmir, yaxud da müqavilədə görülmüş işin həcmi kiçildilir ki, nəticədə zavod direktoru külli miqdarda vəsaiti bu yollarla mənimsəmiş olur.

Yazının başlanğıcında ümummilli lider Heydər Əliyevdən gətirdiyimiz sitatı əbəs yerə yazmamışıq. Əlbəttə Xəzər dəniz donanması Azərbaycan xalqının sərvətidir. Bəli, burada böyük işlər görülüb və ulu öndərin o vaxtlar dediyi inkişaf bu gün İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Bu inkişaf pərdəsi altında bəzi məmurlar tərəfindən ulu öndərin dediklərindən fərqli olaraq Azərbaycan xalqının sərvəti bu gün göz görə-görə talanır.
Aktualinfo.org
 

Son xəbərlər

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb

Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib

"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır

Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Bütün xəbərlər