{category-title}

Nazirlər Kabinetinin qərarı 6 ildir icra olunmur - Hərbi qulluqçuların ərzaq pulu kəsirlə verilir...

 Azərbaycan Respublikası Prezidentininin 31 mart 1992 -ci il tarixli 633 saylı “Hərbi qulluqçuların və xidmətdən buraxılmış şəxslərin sosial müdafiəsini gücləndirmək sahəsində əlavə tədbirlər haqqında “ Fərmanının 6-cı bəndinin birinci abzasında Nazirlər Kabinetinə hərbi qulluqçuların ərzaq və əşya əmlakı qarşılığında pul kompensasiyasının ödənilməsi qaydasını və məbləğini müəyyənləşdirmək tapşırılıb.

Nazirlər Kabineti (NK) həmin 6-cı bəndin icrasını təmin etmək məqsədi ilə 19 may 1992-ci il tarixli 271 saylı qərarı ilə hərbi qulluqçulara ərzaq payı normasını və müvafiq pul kompensasiyasını müəyyən edib. 2013-cü ilin yanvarına kimi ərzaq payı kompensasiyası 64 manat məbləğində olub. NK-nın 8 yanvar 2013-cü tarixli 2 saylı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrin, Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarı ilə yanvarın 1-dən ərzaq payı norması ikiqat artırılıb, 20 il qabaq qəbul edilən 19.05.1992-ci il tarixli 271 saylı qərarın 1-ci bəndi qüvvədən düşmüş sayılıb. Di gəl, artıq 7-ci ildir NK-nın Konstitusiyanın 149-cu maddəsinə əsasən, məcburi icra edilməli olan qərarı heyvanlara ilişgidə icra olunsa da , hərbi qulluqçulara ilişgidə icra olunmur. Başqa sözlə, ərzaq norması ikiqat artırılsa da, pul vəsaiti buna uyğun olaraq nəinki ikiqat, ümumiyyətlə, artmayıb.

Görəsən, xidməti heyvanların, atların, itlərin yemini artıran hökumət niyə bu heyvanlara xidmət edən hərbi qulluqçuların pulunu artıq norma ilə vermir? 20 il qabaqkı qərarın 1-ci bəndi - əlavələr qüvvədən düşüb, yeni əlavələr qüvvəyə minib. Digər bəndlər axı qüvvədədir. 2-ci bənddə yazılıb ki, zabitlərə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmət hərbi qulluqçularına ərzaq payı əvəzinə (onların arzusu ilə ) pul kompensasiyası ödənilsin. Şəhid hərbi qulluqçu ailələrinin , digər pensiyaçı hərbi qulluqçuların ərzaq payının əvəzinə pul kompensasiyası ilə təmin olunmalarının isə istəkdən -arzudan asılı olmadığı gerçəkdir. Silahlı Qüvvələrin keçmiş hərbi qulluqçularına nəinki ərzaq payı verilir, heç adi sanatoriya-kurort müalicəsindən də imtina edilir.

7 -ci ildir NK-nın qərarının icra olunmaması haqlı sual doğurur. Qərar icra olunmayacaqsa, niyə qəbul olunub? Bu da 11 min manat qanpulu deyil ha, büdcədə “gərginlik yaratsın “ cəmi 64 manat artımdır.
hurriyyet.org
 

Son xəbərlər

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər