{category-title}

Ağdamın məşğulluğunda əlili “tora salıblar” - İTTİHAM

 

 

Bu günlərdə “Xezerpres.az saytının redaksiyasına Ağdam rayonu, Əfətli kənd sakini, əlil Əhmədov Ramin Məhəddin oğlu tərəfindən şikayət ərizəsi daxxil olub. Adı çəkilən şəxs təqdim etdiyi ərizəsində qeyd edir ki, “Mən əliləm və Ağdam rayonunun sərhəd boyu ərazisində yerləşən kənddə yaşayıram. Ailə üzvülərimizdən hər biri işsizdirlər. Mən 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işsiz və kasıb ailələr üçün təşkil etdiyi "özünə məşğulluq" proqramına qatıldım, kurslarında oxudum və sertifikatlara da layiq görüldüm. Bizə də öz biznesimizi qurmaq üçün südlük mal-qara almaq məqsədilə dövlət tərəfindən 5000 manat vəsait ayrıldı. 2018-ci ilin oktiyabr ayında Ağdam rayon Məşğulluq Mərkəzinin işçiləri və şirkət nümayəndələri mənə 2 baş inək verdilər. Ancaq bizə bildirilmişdir ki, sizə südlük və yanında balası olan inəklər veriləcək.

Mərkəz tərəfindən bizə verilmiş inəklər olduqca qoca, arıq və bazarda alınmayan heyvanlardır. Mənə balalı adı ilə verilmiş inək öz balasını yaxınına buraxmır və gün ərzində heç 2 litr olsun belə süddə vermir. Bu cür südlük inək olar? Verilmiş inəklərin bazar qiyməti uzağı 1000-1200 manat olar. Belə olan halda adını dəqiqləşdirə bilmədiyimiz şirkət, səbəb nədir ki, vətəndaşların hüquqlarını pozur və əlil olanlara, işsizlərə dövlət tərəfindən ayrılmış vəsaiti düzgün vermir. Bizə südlük, cins heyvan əvəzinə qoca, arıq və xəstə heyvanlar veriblər. Vəsait ayrılıb ki, biz biznesimizi quraq və dolanışığımızı təmin edək. Təəssüflər olsun ki, səlahiyyətli şəxslər dövlət tərəfindən ayrılmış vəsaitin hamısını bizlərə ödəmirlər.

24 yanvar 2019-cu il tarixdə televiziya kanallarının birində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Musa Quliyev qeyd etdi ki, “Nöqsanlar aradan qaldırılmalıdır, bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır”. Digər deputat Araz Əlizadə də, vəziyyətin ağırlığından narazılığını ifadə etdi və “Layihədə insanlara yerli heyvanlar verilir, amma onlara cins heyvanlar vermək lazımdır ki, öz bizneslərini inkişaf etdirə bilsinlər”. Mən bir əlil olaraq belə bir ciddi məsələyə müdaxilə etdikləri

Üçün, şəxsın öz adımdan həmin deputatlara minnətdar olduğumu bildirirəm. Hətta, üz-üzə qaldıqlarım problemin həllində onların mənə köməklik edəcəklərinə də ümid bəsləyirəm. 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, işsizliyin aradan qaldırılması məqsədilə Məşğulluq Mərkəzlərində “özünəməşğulluq” layihəsi həyata keçirilir və işsiz insanlar kurslara cəlb olunub, aktivlərlə də təmin olunurlar. Çox təəssüf hissi ilə qeyd edim ki, cənab Prezidentin imzaladığı sərəncama və vermiş olduğu tapşırıqlara əməl olunmur. Yəni, dövlət büdcəsindən belə bir layihələrin həyata keçirilməsi məqsədilə ayrılmış vəsaitlər vəzifə sahibi olanla tərəfindən mənimsənilir və bizə öz biznesimizi qurmağa imkan vermirlər. Fakt budur ki, bizə 5000 manatlıq heyvan almaq məqsədilə ayrılan vəsaitdən təqribən 2200 manatı xərclənib. Verilmiş heyvanlar da olduqca qoca və arıqdırlar. O halda ortaya belə bir sual çıxır ki, görəsən ayrılmış vəsaitlərin qalan hissəsi kimlərin cibinə daxil olur? Biz yerdə qalan vəsaitimizi kimdən tələb etməliyik? Belə bir addımlar ciddi qanun pozuntusu deyilmi? 

Onu da qeyd edim ki, 28 yanvar 2019-cu il tarixdə Ağdam rayon Baytarlıq idarəsinin həkimləri mənə verilmiş heyvanları müayinə edib “Bu heyvanlardan birinin ciyəri olduqca xəstədir və demək olar ki, yox vəziyyətindədir. Ona görə də, bu heyvan öləcək. Heyvanlar çox zəifdir” dedilər. Mən həmin gün Ağdam məşğulluq mərkəzinin direktoru E.Rüstəmovun qəbuluna getsəm də, onu iş başında tapa bilmədim və ona görə də adı çəkilən vəzifə sahibi ilə telefon əlaqəsi yaratmağa məcbur oldum. Elşən müəllim telefon zəngimə cavab verdi və “Heyvanlar nə vaxt ölsə o halda həkim çağrarsınız, biz də akt tərtib edib nazirliyə göndərərik. Yəni, Nazirliyə çatdırarıq ki, heyvan xəstə olduğ üçün ölüb” dedi. Cavabında ona bildirdim ki, indi məlumat verin ki, verilən heyvanlar xəstədir. O halda o, “Sən bilmirsənmi ki, “Hər kəsə verilən heyvanlar bu gündədir” dedikdə, sanki şoka düşdüm. Biz bu lahiyələrə qoşulub biznesimizi qurmaq, ailəmizi dolandırmaq niyyətində idik. Bu gün mən verilmiş xəstə heyvanların ölməsini gözləməliyəm, yoxsa...

Bir əlil olaraq, indi hansı addım atacağımı, nə edəcəyimi bilmirəm. Adı hər kəsdən gizlədilən şirkət və məşğulluq mərkəzinin əməkdaşları biz insanların hüquqlarını pozur, başımıza “minbir oyun” açırlar. Nəzərdə tutulmuş südlük heyvanlar əvəzinə, bizlərə xəstə heyvanlar veriblər. Etiraz edəndə də cavab verirlər ki, minbir bəhanə danışırlar. Mən hər zaman vəzifə sahibi olanlara deyirəm ki, bu vəsaitləri dövlətimiz əlil, işsiz insanlara verir ki, dolanışıqlarını təmin etsinlər. Biz isə, belə bir “oyunlar”da kimlərinsə şəxsi maraqlarının “qurbanı oluruq”. Vəsaiti tam həcmdə almaq, ailə biznesimizi qurmaq bizim haqqımızdır. Haqqımızı pozanlar da layiq olduqları cəzalarını almalıdırlar.

Mövzunu diqqətdə saxlayacağıq.
 

Son xəbərlər

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək

Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

Bütün xəbərlər