{category-title}

Xasay və Xəqani Əhmədovların yeni hoqqası – Beyləqandan danos yazanlar ifşa olunur – TƏHLİL

 

 

Xasay və Xəqani Əhmədovların yeni hoqqası – Beyləqandan danos yazanlar ifşa olunur – TƏHLİL
Bir müddətdir ki, Beyləqanda 2 sahibkar arasında yaranan qarşıdurma mətbuatın gündəmini zəbt edib. Tərəflərdən biri olan sahibkar Vahid Abdullayev mübarizəsini hüquqi müstəvidə aparsa da, digər tərəf olan Xəqani Əhmədov həqiqətə uyğun olmayan, heç bir hüquqi sənədə əsaslanmayan iddialarla çıxış etməkdə davam edir. Özünün qanunsuz əməlləri xirtdəyəcən olan Xəqani Əhmədov çirkin oyunlarda adının hallanmasından çəkinərək özü əqidədə olan insanların xidmətindən bəhrələnir. Atası Xasay Əhmədovun Beyləqan rayon icra hakimiyyəti başçısı işlədiyi dövrlərdə “yuxarılara” danoslar yazaraq süni qarşıdurmalar yaratmaq taktikasını oğul Xəqani Əhmədov “ustalıqla” davam etdirir. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, (həmin şəxsin adı və soyadı dəqiqləşdirilib:”red”) Xəqani Əhmədov çirkin niyyətlərini həyata keçirmək üçün Beyləqan rayonunda bədxah əməlləri ilə ad çıxaran şəxsin xidmətlərindən yararlanır. Belə ki, həmin şəxsin adından müxtəlif dövlət qurumlarına müraciətlər təşkil olunur və sahibkar Vahid Abdullayevin biznes fəaliyyətinə maneələr törədilir. Həmin şəxs Xəqani Əhmədovun tapşırığı ilə hətta, məhkəmələrə də müraciət edərək Vahid Abdullayevin qanuni fəaliyyətinə maneçilik törətməyə cəhd edir. Təbii ki, məhkəmələr bu şəxsin əsassız iddialarını rədd edib. Bu azmış kimi, Xəqani Əhmədovun “adamı” bir sıra KİV-lərə müraciət edərək sahibkar Vahid Abdullayev barəsində həqiqətə uyğun olmayan, şər-böhtanla dolu məlumatların yayılmasına cəhd göstərirlər. Belə çirkin kampaniyada iştirak edən şəxslərin kimliyi barədə gələn yazılarımızda ərtaflı məlumat verəcəyik. Indi isə Xəqani Əhmədovun çirkli işlərini həyata keçirən şəxsin barəsində əldə etdiyimiz bir neçə məlumatı oxucularımızın və müvafiq qurumların diqqətinə çatdırırıq. Araşdırmalarımız zamanı məlum olub ki, adı hallanan şəxs vaxtilə Beyləqan rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsində çalışıb və bu tip əməllərinə görə Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işindən kənarlaşdırılıb. Bunun ardınca Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı və 310.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib. Əldə etdiyimiz bu məlumatları sübut etmək üçün müvafiq dövlət qurumlarına sorğularla müraciət etmişik. Göründüyü kimi Xəqani Əhmədov heç bir əxlaqa və qanuna sığmayan tərzdə, əməlləri ilə ikrah doğuran şəxsləri çirkin oyunlara cəlb edərək öz məqsədləri üçün istifadə edir. Bu işləri həyata keçirmək üçün bazardan əldə etdiyi qanunsuz gəlirlərdən geninə-boluna istifadə edir. Toxunduğumuz mövzu ilə bağlı araşdırmalarımız davam edir. Bizi izləyin. 
Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq...
Ardı var...

Mip.az

Son xəbərlər

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

DYP piyadalara müraciət edib

Azərbaycan nefti 95.5 dollara satılır

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Bütün xəbərlər