{category-title}

Gündəm / Cəmiyyət
5.06.2026, 09:24
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Bu gün Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 05.06.2026-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M. Ə. Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
