{category-title}

Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq

Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin bu gün keçirilən iclasında avtonom nəqliyyat vasitələri ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Deputat Tahir Mirkişili çıxışında deyib ki, layihədə avtonom nəqliyyat vasitəsinin qəza törətməsi halında hansı cəza mexanizmləri tətbiq ediləcəyi əksini tapmayıb, bu məsələnin necə tənzimlənəcəyi maraqlıdır: "Layihədə operatorun səhvi və ya qəsdən törədə biləcəyi hərəkətlərlə bağlı ayrıca mexanizmlər nəzərdə tutulmur. Məsələn, gələcəkdə sürücülərə tətbiq olunan cərimə balları sistemi kimi operatorlara da müəyyən bal sistemi tətbiq oluna bilərmi? Müəyyən hədd keçildikdən sonra onların fəaliyyətinə məhdudiyyət qoyula bilərmi?”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini isə cavabında bildirib ki, bu, aktual məsələdir: “Qanun layihəsinin hazırlanması mərhələsində də analoji suallar ortaya çıxıb və bu məsələlər geniş şəkildə müzakirə olunub. Bu gün avtonom nəqliyyat vasitələri yalnız bizdə deyil, dünyanın bir çox ölkələrində tətbiq olunur. Biz isə bu istiqamətdə hələ ilk addımlarımızı atırıq. Ümumiyyətlə, dünyada da bu sahədə qanunvericilik ilkin sınaq mərhələsindədir və bu nəqliyyat vasitələrinin real şəraitdə sınaqdan keçirilməsi üçün imkanlar yaradılır. Həmin dövr ərzində isə bütün dünyada, xüsusilə də avtonom nəqliyyat vasitələri ilə bağlı yarana biləcək etik və hüquqi məsələlər müzakirə olunur. Yəni verilən alqoritmlərin hansı meyarları əsas götürməsi, hansı qərarların necə verilməsi kimi məsələlər hazırda bütün dünyada müzakirə predmetidir. Qeyd etdiyiniz məsələlərə gəldikdə isə, artıq bir çox ölkələrdə yol-nəqliyyat hadisələrinin sayının azaldılması və avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı müxtəlif işlər aparılır və müzakirələr gedir. Lakin hazırda bu sahədə tam formalaşmış, vahid və qəbul edilmiş beynəlxalq standartlar mövcud deyil. Bütün dünya bu istiqamətdə hələ də axtarış mərhələsindədir. Ancaq qeyd etdiyiniz məsələlər, o cümlədən məsuliyyət məsələləri, avtonom nəqliyyat vasitələrinin istehsalçıları və digər subyektlərin hüquq və vəzifələri gələcək normativ tənzimləmələrdə öz əksini tapmalıdır. Biz hesab edirik ki, bu qanun qəbul edildikdən sonra müvafiq icra mexanizmləri hazırlanarkən əlavə hüquqi tənzimləmələrə də ehtiyac yaranacaq. İstər Mülki Məcəlləyə, istər Cinayət Məcəlləsinə, istərsə də digər normativ aktlara müvafiq dəyişikliklərin edilməsi gündəmdə olacaq. Eyni zamanda, avtonom nəqliyyat vasitələrinin sınaq rejimində istifadəsi, onların hansı ərazilərdə test olunması, icazələrin hansı qaydada və kimlərə verilməsi, eləcə də məsuliyyət bölgüsü kimi məsələlər növbəti mərhələlərdə daha ətraflı tənzimlənəcək. Bu, başlanğıc mərhələ olduğuna görə, təbii olaraq gələcəkdə əlavə hüquqi mexanizmlərin formalaşdırılması zərurəti yaranacaq”.

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər