{category-title}

Lalə Əmirəliyeva: Zərdab  təhsili inkişaf edir

 

 

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

 Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Zərdab rayon Təhsil Şöbəsinin müdiri  Lalə xanım Əmirəliyeva üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur.

 Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən PressXeber.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Zərdab rayon Təhsil Şöbəsinin müdiri  Lalə xanim Əmirəliyeva haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

 Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. İndiki halda da Zərdab rayon Təhsil Şöbəsinin müdiri  Lalə xanim Əmirəliyeva haqqında yazılarda bəzi mətbu orqanlar artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yerinə yetirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Zatən, bəzi media orqanlarında qələmə alınan cızma-qaraların qərəz məhsulu olması, hansı xırda maraqlara xidmət etməsi hər kəsə gün kimi aydındır. Necə ki, son yazılardan sonra gerçək durum media mənsublarının özü tərəfindən müşahidə olunaraq qələmə alındı.

 Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Zərdab rayon təhsil şöbəsinin müdiri  Lalə Əmirəliyevadır.

  Lalə xanim Əmirəliyeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Zərdab rayon təhsil şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən tədbirlərin uğurlu nəticəsidir ki, ölkəmizin bütün bölgələrində, o cümlədən Zərdabda təhsil sahəsi sürətlə inkişaf edir. Son vaxtlar rayonda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də canlanma hiss olunmaqdadır. Rayonda təhsilin maddi-texniki bazasının genişləndirilməsi, yeni məktəblərin tikintisi daim diqqət mərkəzindədir. Rayonda məktəblər üçün yeni binaların inşası və ya onların təmiri, uşaq bağçalarının əsaslı təmiri istiqamətində görülən işlər geniş vüsət almışdır.

 Bu gün rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müəllimlərin elmi-metodiki hazırlığının daha da yüksəldilməsinə, yeni təlim texnologiyalarından istifadə edilməsinə xüsusi əhəmiyyət verilir. Hər il cari dərs ilinə başlamamışdan əvvəl bütün məktəblərdə təmir işləri aparılır. Məktəblərə yumşaq inventar, stol, stul, parta, yazı lövhəsi alınaraq paylanılır. Təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramına uyğun olaraq məktəblərin kompyuterlə təchizatına diqqət artmış və ölkədaxili sürətli internet şəbəkəsinə qoşulması davam etdirilir.

 Zerdab rayon Təhsil Şöbəsinin müdiri  Lalə xanim  Əmirəliyeva - son illərin ən uğurlu və əhəmiyyətli nəticələri ölkədə məktəb tikintisinin geniş vüsət alması ilə bağlıdır. Məktəblərin tikintisi, əsaslı təmiri, təchizatı sahəsində tədbirlər artıq intensiv xarakter alıb və ardıcıl davam etdirilir. Məktəblərin infrastrukturunun yenilənməsi sahəsində Heydər Əliyev Fondunun, şəxsən onun Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Məhz Fondun təşəbbüsü ilə reallaşdırılan «Yeniləşən Azərbaycana yeni məktəb» və «Uşaq evləri və internat məktəbləri» proqramları çərçivəsində məktəb və uşaq bağçaları tikilmişdir.

 

Sonda hörmətli Lalə Əmirəliyevaya dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

 

P.S. Jurnalist peşəsinə hörmət edən hər bir şəxs  Lalə Əmirəliyeva haqqında yazılan materialları əvvəlcədən araşdırmalı,  Lalə xanımın özü ilə dəqiqləşdirməli və sonra dərc etməlidir.

 

PressXeber.info

Son xəbərlər

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bütün xəbərlər