{category-title}

Nə qədər ki, Gömrük Komitəsi bu vəziyyətdə tənzimləmə aparmayacaq... - İTTİHAM

 Son günlər Azərbaycanda sahibkarların Gömrük Komitəsindən narazılığı artmaqdadır. Onlar deyirlər ki, idxal etdikləri malları əvvəllər “karqo” şirtkətləri özləri gömrükdən keçirdiyi halda, indi mütləq onların özləri sənədləşmə işlərini həyata keçirməlidir. Bu haqda məlumat verən sahibkarlar deyirlər ki, bir TIR-da 20 adamın malı varsa, hər biri gəlib malını qeydiyyatdan keçirməli və gömrük rüsümunu ödəməlidir. Əvvəl ancaq “karqo” şirkətlərinin nümayəndəsi idxal olunan malları qeydiyyatdan keçirir və gömrük rüsümunu ödəyirdisə, indi Gömrük Komitəsinin tətbiq etdiyi yeni qayda səbəbindən sahibkarlar saatlarla növbədə gözləməli olur ki, bu da əlavə vaxt itkisi və artıq xərc deməkdir. Bu baxımdan onlar düşünür ki, yeni qayda sahibkarlara süni əngəl yaratmadan başqa bir şey deyil.

Onların fikrincə, bu, həm də gələcəkdə gömrük xidmətində rüşvətə yol aça bilər. Çünki malını qeydiyyatdan keçirən bəzi sahibkarların saatlarla orada gözləməyə səbri çatmayacaq və işini tezləşdirmək üçün müxətlif yollar axtaracaq.

Sahibkar deyir ki, bu səbəblərdən Komitənin yeni tələbi gömrük sənədləşməsini sadələşdirmək əvəzinə, qəlizləşdirməyə xidmət edir.

“Bu, sahibkarlara maneələr törədəcək”

Gömrük-sərhəd xidmətlərində yeni qaydanın tətbiq olunması ilə bağlı keçmiş deputat Nazim Bəydəmirli “Hürriyyət”ə dedi ki, “karqo” şirkətləri həm də gömrük brokeri funksiyasını yerinə yetirirlər: “Onlar müvafiq müqavilələr əsasında gömrük prosedurlarını həyata keçirə bilərlər. Təbii ki, bunun açıqlaması olmalıdır. Qeyd edim ki, mən özüm də şəxsən bu faktla qarşılaşmışdım. Baxmayaraq ki, elektron ticarət haqqında qanun var. Bu qanun olsa da, daşımaçı şirkət Amerikdan aldığım telefonu bu və ya digər formada gətirib, çatdıra bilmədi. Əvvəl demişdilər ki, guya, belə məhsulun idxalına gömrük icazə vermir. Sonra daha bir söhbət etdilər ki, gömrüyə gedib, məhsulu özünüz bəyan etməlisiniz. Belə süni əngəllər yaratdılar. Gözləmədiyim halda, vətəndaş olaraq məndən əlavə xərc çıxdı. Çünki hər bəyannamənin özü üçün müvafiq dövlət rüsümu ödənilməlidir. Əslində, bu, sahibkarın xərcini artırmaq məqsədi güdür. Bu, həm vaxt itkisi, həm də gömrük xətti ilə toplanan vəsaitlərin süni artırılmasıdır. Təbii ki, bu, sahibkarlara maneələr törədəcək, bunun nizamlanmasına ehtiyac var. Əslində, mən hesab edirəm ki, Gömrük Xidmətinin özünün idarə edilməsi xərcləri azaldılmalıdır. Gömrük Xidmət özü ləğv olunub, bir xidmət kimi Vergilər Nazirliyinə birləşdirilməlidir. Bu, olsa, daha məqbul olardı. Çünki bu və ya digər formada elektron bəyannamələr verməklə, vətəndaş, sahibkar, digər hüquqi və fiziki şəxslər xərclərini azaltmalıdırlar, dolayısı yolla onsuz da bütün xərclər gəlir malın maya dəyərinə otuzdurulur. Düzdür, o vəsait istehlakçılardan çıxır. Belə olan halda da süni bahalaşma yaranır. Etiraf edək ki, “karqo” şirkətləri müxtəlif məmurlara məxsus olduğundan vaxtilə onlar Gömrük Komitəsi ilə birgə işləyərək vəsaiti yayındırırdılar, onların da müvafiq rolu vardır. Ancaq bu, Gömrük Komitəsinin icazəsi ilə baş veriridi. İndi yəqin ki, “karqo” şirkətləri o “anlaşmanı” həll edə bilmirlər deyə Gömrük Komitəsi belə bir addım atır. Mən bundan qaynaqlandığını ehtimal edirəm”.

“Nə qədər ki, Gömrük Komitəsi bu vəziyyətdə tənzimləmə aparmayacaq, idxalda olan problemlər tükənməyəcək”

“Yeni qayda gömrük xidmətində “tıxac”a səbəb olduğundan, rüşvətə yol aça bilərmi” sualına N. Bəydəmirli belə cavab verdi: “Harada insan amili varsa, orada rüşvətxorluq, korrupsiya var. Ona görə, mən hesab edirəm ki, gömrük tənzimləməsi Gürcüstan modelinə keçirilməlidir. Orada Gömrük Komitəsi adında bir struktur yoxdur. Maliyyə Nazirliyinin tərkibində bir xidmət var və şirkətlər, fiziki şəxslər mallarını öncədən bəyan edirlər. Düzdür, bizdə idxalla bağlı buna uyğun formal olaraq müqavilənin qiyməti və digər sənədləşmələr elektron şəkildə aparılır, ancaq həmin müqaviləni sonradan çap versiyasını aparıb, Gömrük Xidmətinə təqdim etmək lazımdır. Bizdə elektron xidmət deyilsə də, elektron xidmətə cəlb olunan əməliyyatlar normal aparılmır. Təsəvvür edin, Tbilisə və yaxuda Qazağa getmək üçün dəmiryoluna bilet alırsan, pulu elektron şəkildə ödəyirsən, amma sonradan onu çap versiyasını dəmiyol vağzalına gedib, verməlisən, bunun üçün isə növbədə durmalısan və vaxt itirməlisən, onun kimi, gömrükdə də eyni stiuasiyadır. Yəni elektron şəkildə vətəndaşa müqaviləni qeydiyyata aldırmış olsalar belə, malı idxal edən zaman onun çap versiyasını aparıb gömrük inspektoru ilə görüşməlidir, yenidən onun bəyan etdiyi qiyməti qəbul edəcəklər, etməyəcəklər, bu da ikinci sualdır. Gömrük Komitəsinin rəhbəri mətbuat qarşısında çıxış edir ki, biz müxtəlif istehsalçılardan bu və ya digər formada hansı qiymətin sərf edəcəyini müzakirə edirik. Guya, bunu daxili bazarı qorumaq adı ilə bəyan edir. Mən hesab edirəm, nə qədər ki, Gömrük Komitəsi bu vəziyyətdə tənzimləmə aparmayacaq, idxalda olan problemlər tükənməyəcək. Bunlar süni qiymət artımına gətirib çıxardacaq. Yəqin ki, sizin də məlumatınız var, bu yaxınlarda Gömrük Komitəsinin mətbuat konfransında “Bakı Steel” deyilən kompaniyanın adı çəkildi. Həmin mətbuat konfransında olan söhbətdə hansı qiymət sərf edir deyə müzakirə etdilər və bu, armaturun süni qiymət artımına gətirib çıxardır. Bu da rəqabəti pisləşdirir və bazara daha çox ciddi ziyan vurur. Bu baxımdan, hesab edirəm ki, gömrük tənzimlənməsi populist addımlarla, qulağa xoş gələn sözlərlərlə, daxili istehsalı qoruma adı altında danışılanın hamısı həqiqətə uyğun deyil və vəziyyəti daha da mürəkkəbləşdirir”.

“Bazarı inhisarda saxlayan daxili istehsalçılara, həm də idxalla məşğul olan monopolistlərə xidmət edir”

“Gömrük xidmətlərini sadələşdrimək əvəzinə, qəlizləşdirmək kimlərə sərf edir ki, buna görə qulağa xoş gələn sözlər deyirlər” sualına gəlincə isə N. Bəydəmirli qeyd etdi ki, bunlar daxildə istehsal adı ilə məşğul olan, əslində, qablaşdırma ilə və yaxud xammalı xaricdən gətirib burada müxtəlif mexanizmlərlə yerli mal adı ilə istehsal edən və bazarı həmən inhisarda saxlayan daxili istehsalçılara, həm də idxalla məşğul olan monopolistlərə xidmət edir. Daxildə istehsalla məşğul olan inhisarçılar əslində, başqa-başqa şirkətlər adı ilə daha çox mal idxal edən qurumlardır. Yəni o qədər şirkətlər yaradırlar ki, guya, malı daha çox şirkət gətirir. Ancaq faktiki olaraq jurnalistlərin bəzi araşdırmaları ortaya çıxır ki, bunlar eyni adamlara məxsusdur. Düzdür, son zamanlar hüquqi şəxslərin reystr xidmətlərinin məhdudlaşdırılması və yaxud təsisçilər haqqında məlumatların gizlədilməsi bir az monopoliyanın izinə düşməyə çətinlik yaradır. Ancaq dolayısı yolla bunu sübut etmək olur. Jurnalistlərin ictimaiyyətə açıqladığı məlumatlardan görünür ki, həmin şirkətlər eyni adamlara məxsusdur. Yəni müxtəlif şirkətlər olsa da vahid mərkəzdən qaynaqlanır və bütün bunun başında təbii ki, Gömrük Komitəsinin özünün iştirakı olmasa, mümkün deyil, yoxsa bunu həyata keçirmək asan olmaz”.

“Əgər vergidən yayınma halları varsa, mütləq orada gömrük əməkdaşlarının barmağı var”

İqtisadçı Nemət Əliyev isə təəssüflə dedi ki, Azərbaycan hökuməti son vaxtlar özünün qəbul etdiyi bir çox qərarlarla, xüsusən də vergi ödəyicilərinin, sahikarlıq fəaliyyəti ilə məşğul olanların fəaliyyətini daha da mürəkkəbləşdirir və ağırlaşdırır: “Hökumət “karqo” şirkətlərinə münasibətdə qəbul etdiyi bu qərarı yəqin onunla əsaslandırır ki, vergidən yayınma halları olmasın. Çox böyük ehtimalla əsas arqumentləri bundan ibarətdir. Amma o vəzifədə hökumətin üzərinə düşür ki, bütün sahələrdə sahibkarlıq fəaliyyətinin inkişafına maneçiliklər törətməsin və bütün prosedurlar çox sadə şəkildə həyata keçirsin. Çox təəssüflər olsun ki, hökumət işin birinci tərəfi ilə bağlı nə mümkündürsə, onları edir, amma atdığı addımlar bir çox hallarda, xüsusən də vergilərin ödənilməsi sahəsində, gətirdikləri malların gömrük sənədləşməsi prosesində xeyli əngəllər yaradır. Yəni bu gün faktiki olaraq tətbiq olunan prosedurlar xeyli vaxt itkisinə səbəb olacaqdır. Mən indi təsəvvür edirəm ki, gömrük səhəd xidmətlərində malların rəsmiləşdirilməsi prosesində nə qədər böyük tıxac yaranır. Mənim düşüncəmə görə, bu, yanlış addımdır. Əlbəttə, hökumət vergilərin yığılmasını tələb edə bilər. Yəni vergidən yayınma halları varsa, o zaman bunun aradan qaldırılması üçün başqa mexanizmlər fikirlərşmək mümkündür. Tutaq ki, bir TIR-da olan 8-10 nəfərin malının sənədləşmə işlərini “karqo” şirkətinin nümayəndəsi üzərinə götürür və onu həyata keçirir. Burada qeyr-adi olan nədir ki? Əgər orada vergidən yayınma halları varsa, o gömrük orqanlarında çalışanların nəzərindən yayına bilməz və belə hal varsa, mütləq orada gömrük əməkdaşlarının barmağı var. Bax, həmən o barmaqları kəsmək lazımdır. Əgər kəsilsə, o zaman bu problemlər yaranmaz”.

“A kişi, tutaq ki, sənin məmuruna, elə bir təklif olunub, o, təklifi niyə belə rahatlıqla qəbul edir?”

N.Əliyev vurğuladı ki, Gömrük Komitəsində də, digər dövlət idaretmə orqanlarında da çalışanların əksəriyyəti öz vəzifələrini öhdəsindən gəlmirlər: “Bunlar hamısı vəziyyətdən çıxış yolunu sahibkarlığın inkişafı yolunda mürəkkəbləşmə yönündə qərarlar qəbul etməklə, işlərini bitmiş hesab edirlər. Məsələn, bu yaxınlarda Gömrük Komitəsinin sədri sahibkarlara xitabən açıqlama verib, deyib, biz istəyirik ki, siz gömrük orqanlarında çalışanlara rüşvət təklif etməyəsiniz. Biz bunu nə cür qiymətləndirək? Adama izah edən yoxdur ki, deyə a kişi, tutaq ki, sənin məmuruna, elə bir təklif olunub, o, təklifi niyə belə rahatlıqla qəbul edir? Bir də bəyəm, o gömrük rəhbəri bilmir ki, gedib o gömrük məmuruna gərəkən haqq-hesabı çatdırmasalar, o sahibkarları saatlarla orada süründürürlər. Bəyəm, bunu bilmirlər? Bilirlər. Mənə belə gəlir ki, hökumət hər bir halda, xüsusən də “karqo” şirkətlərinə münasibətdə başqa sadələşdirilmiş mexanizmlər təklif etməlidir. Hazırda onun təklif etdiyi mexanizm ola bilər müəyyən qədər vergi daxil ödənişləri sahəsində yayınmalar varsa, onları müəyyən qədər aradan qaldırsın, amma mən əminəm ki, o rəsmiləşdirmə prosesində yaradılan mürəkkəbləşmə çətinliklər hesabına ümumi dövriyyənin aşağı düşməsindən dolayı vergi daxilolmalarında mütləq azalma halları baş verəcəkdir. Odur ki, təklif olunan mexanizm üzərində hökumət düşünməlidir və borcudur ki, sahibkarların idxal, ixrac əməliyyatları zamanı gedib Gömrük Komitəsinin, gömrük məntəqələrinin qarşısında saatlarla vaxt itirmələrinə imkan verməsin. Bu yöndəki şəraiti təmin etmək hökumətin üzərinə düşür. Ona görə, gərəkdir ki, öz qərarına yenidən baxsın”.
 

Son xəbərlər

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI

"Mən ruhən Ak Partiyadan ayrılmamışam" - Davutoğludan ŞOK AÇIQLAMA

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Azərbaycanda yeni Mərkəz yaradıldı

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” - Qurban Qurbanov

Bütün xəbərlər