{category-title}
Gündəm / İdman
2.02.2019, 14:14
Millimizin sabiq qapıçısı aşağı liqada
Milli komandamızın sabiq üzvü Andrey Popoviç özünə yeni komanda tapıb.
Qol.az xəbər verir ki, ukraynalı qapıçı bir müddətdir baxışda olduğu "Minay" klubuna keçib. 27 yaşlı qolkiper artıq 2-ci liqa təmsilçisi ilə müqavilə bağlayıb. Popoviç yeni komandasının Slovakiya toplanışına qoşulub. Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, ölkəmizdə "Bakı", "Sumqayıt" və "Qəbələ" klublarının formasını geyinən Popoviç A millimizlə yanaşı, U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.