{category-title}

Gündəm / Cəmiyyət
19.05.2026, 14:28
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir

Azərbaycan və Belarus arasında münasibətlər bütün istiqamətlər üzrə sürətlə inkişaf edir.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, Belarus parlamentinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Azərbaycanda sadəcə, rəsmi səfərdə deyil:
"O, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Belarus üzrə nümayəndəsidir. Azərbaycan və Belarus arasında münasibətlər bütün istiqamətlər üzrə inkişaf edir. İki ölkənin dövlət başçıları arasındakı dostluq münasibətlərini xüsusi vurğulamaq lazımdır".