{category-title}

Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir

Ümumdünya Şəhərsalma Forumunda mənzil məsələsinin artıq qlobal demokratiya və inkişaf problemi olduğu vurğulanıb.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Qlobal mənzil böhranı: Plan nədir?” adlı panel sessiyada Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatının (UCLG) Baş katibi Emilia Saiz bildirib.

O qeyd edib ki, mənzil böhranı artıq yalnız gecəqondu məhəllələri və qeyri-rəsmi yaşayış sahələri ilə məhdudlaşmır. Bu gün hətta işi olan insanlar da mənzil problemi ilə üz-üzədir və vəziyyət getdikcə daha təhlükəli miqyas alır.

“Bu artıq yalnız qlobal şimal və ya qlobal cənubun problemi deyil. Mənzil böhranı struktur xarakter daşıyan inkişaf və demokratiya çağırışına çevrilib. Demokratiyanın gələcəyi də mənzil məsələsindən asılıdır”, - deyə o vurğulayıb.

Emilia Saiz qeyd edib ki, uzun illərdir sosial mənzillər yanlış ərazilərdə planlaşdırılır və bu yanaşma hələ də davam edir.

“İnsanlar özlərinin tikdiyi evlərdən çıxarılır. Bunun səbəbi həmin ərazilərin qeyri-rəsmi hesab olunması və ya torpağın bazar dəyərinin artmasıdır. Bir çox yerlərdə torpaq gəlir mənbəyi, mənzil isə kommersiya məhsulu kimi qiymətləndirilir”, - deyə çıxışda bildirilib.

O həmçinin vurğulayıb ki, mənzil siyasətində icmaların iştirakı, yerli biliklər və birgə planlaşdırma əsas prinsipə çevrilməlidir.

Baş katibin sözlərinə görə, iqlim dəyişiklikləri, miqrasiya və urbanizasiya demoqrafik vəziyyəti dəyişdirdiyi üçün yaşayış mühiti “birgə yaradılan məkan” prinsipi əsasında formalaşdırılmalıdır.

O çıxışında spekulyasiya və maliyyə sisteminin də mənzil böhranını dərinləşdirən əsas amillərdən biri olduğunu da nəzərə çatdırıb:

“Uzun illər düşünürdük ki, iqtisadi inkişaf mənzil problemini özü həll edəcək. Bu baş vermədi və mövcud maliyyə arxitekturası dəyişmədən də baş verməyəcək”, - deyə o bildirib.

Emilia Saiz sosial mənzil layihələrinin dövlət borcu və investisiya məhdudiyyətlərindən kənarda qiymətləndirilməsinə çağırıb. O, beynəlxalq, regional və milli inkişaf banklarının bu istiqamətdə ortaq yanaşma nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

O əlavə edib ki, bir çox ölkələrdə yerli və regional hökumətlər mənzil məsələsinə görə məsuliyyət daşısa da, bu sahədə kifayət qədər səlahiyyətə malik deyil.

“Əgər səlahiyyət məsələsi dəyişməzsə, bir sıra problemləri həll etmək mümkün olmayacaq”, - deyə o qeyd edib.

Baş katib bildirib ki, mənzil artıq fövqəladə vəziyyət deyil, insanlığın və demokratiyanın gələcəyini müəyyən edən struktur problemə çevrilib.

“Biz bu məsələyə ədalət prizmasından yanaşmalıyıq. Mənzilə çıxışdakı ayrı-seçkilik sosial bərabərsizliyin ən açıq göstəricilərindən biridir”, - deyə E.Saiz fikrini tamamlayıb.

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər