{category-title}

Gündəm / Cəmiyyət
21.04.2026, 18:45
Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb

Avropa İttifaqının Ermənistanda yeni missiyası yaradılıb.
Bu barədə Aİ Şurasının saytında məlumat verilib.
Bildirilib ki, bu gün əsası qoyulan Aİ-nin Ermənistanda Tərəfdaşlıq Missiyası Ermənistanın demokratik dözümlülüyünü və böhranları idarəetmə qabiliyyətini artıracaq.
Qeyd edilib ki, sözügedən missiya Ermənistanın mediada manipulyasiya, kiberhücum və qeyri-qanuni maliyyə axını ilə mübarizəsinə dəstək verəcək.