{category-title}

TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib


Aparıcı video platforma olan TikTok Azərbaycanda icmanın təhlükəsizliyini prioritet olaraq qorumağa davam edir. Yaradıcılıq üçün rahat mühit yaratmaq məqsədilə platforma innovativ texnologiyalardan istifadə edir, dünya üzrə on minlərlə mütəxəssisi cəlb edir, alət və resurslarını davamlı olaraq təkmilləşdirir.

Bu səylər çərçivəsində TikTok Azərbaycan dilində yeni Etibar və Təhlükəsizlik Mərkəzini istifadəyə verib. Bu mərkəz İcma Qaydalarını, Şəffaflıq Mərkəzini və faydalı məlumat resurslarını vahid bir strukturda birləşdirir. Bu da istifadəçilərə zəruri məlumatları daha sürətli və rahat şəkildə tapmağa imkan verir, şirkətin etibar və təhlükəsizlik məsələlərinə sadiqliyini nümayiş etdirir.

Xüsusilə, Şəffaflıq Mərkəzi platforma qaydalarının tətbiqi ilə bağlı məlumatlara açıq çıxış təmin edir. Buraya silinmiş kontent barədə məlumatlar da daxildir və bu məlumatlar TikTok-un rüblük hesabatlarında mütəmadi olaraq dərc edilir.

TikTok platforması 2025‑ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib.

2025-ci ilin yekunlarına görə, TikTok Azərbaycanda əvvəlki illə müqayisədə daha çox kontenti silib:

İcma Qaydalarının pozulması səbəbi ilə 3,6 milyondan çox video silinib (2024-cü ildə təxminən 3,1 milyon kontent vahidi silinmişdi).
Videoların 99,3%-i proaktiv şəkildə, yəni şikayət edilməzdən əvvəl silinib (2024-cü ildə bu göstərici 97% təşkil edirdi).
Videoların 96,3%-i dərc edildikdən sonraki 24 saat ərzində silinib (2024-cü ildə bu göstərici 94% idi).

Platforma dünya üzrə nə qədər kontenti silib

2025-ci ilin yekunlarına görə, dünya üzrə:

İcma Qaydalarının pozulması səbəbi ilə 780 milyondan çox video silinib
Videoların 99,1%-i proaktiv şəkildə, yəni şikayət edilməzdən əvvəl silinib
Videoların 94,2%-i dərc edildikdən sonraki 24 saat ərzində silinib

Gənc istifadəçilərin təhlükəsizliyi

TikTok platforması yalnız 13 yaşına çatmış istifadəçilər üçün nəzərdə tutulub və platformanın moderator komandası bu yaş həddinə çatmamış istifadəçilərə aid hesabları müəyyən edib silir. Beləliklə, 2025-ci il ərzində dünya üzrə 13 yaşından kiçik istifadəçilərə aid təxminən 93,5 milyon hesab silinib.

Canlı yayımların təhlükəsizliyi

2025-ci ildə platforma TikTok LIVE populyar canlı yayımları çərçivəsində icma təhlükəsizliyinə xüsusi diqqət yetirib. TikTok-da qeyd ediblər ki, dayandırılmış canlı yayımların sayı əhəmiyyətli dərəcədə artıb və müəlliflərə qarşı tədbirlər, o cümlədən monetizasiyanın dayandırılması və xəbərdarlıqlar tətbiq olunub.

2025-ci il ərzində dünya üzrə təxminən 131 milyon canlı yayım İcma Qaydalarının pozulması səbəbi ilə bloklanıb. 2025-ci ilin ikinci rübündən etibarən TikTok canlı yayımlarda monetizasiya qaydalarının tətbiqi ilə bağlı məlumatları açıqlamağa başlayıb. Bu tədbirlər pozulan kontentin monetizasiyasının qarşısını almağa yönəlib. Əvvəlcə müəlliflərə xəbərdarlıqlar göndərilir ki, onların kontentinin qaydalara uyğun olmaya biləcəyini başa düşsünlər və dəyişiklik etməyə imkanları olsun. Əgər pozuntular davam edirsə, TikTok müəllifin canlı yayımlarda monetizasiya funksiyasına çıxışını məhdudlaşdıra bilər. Beləliklə, 2025-ci ilin üç rübü ərzində dünya üzrə təxminən 24 milyon canlı yayıma və 12,5 milyon müəllifə xəbərdarlıqlar və monetizasiyanın dayandırılması daxil olmaqla tədbirlər tətbiq olunub.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.(Apa)

Son xəbərlər

Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub

WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq

Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr

Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq

WUF13 üçün onlayn qeydiyyat başa çatıb

Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır

Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb

Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib

Azad Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

Bütün xəbərlər