{category-title}
Məlikov Azərbaycan xalqını necə TƏHLÜKƏYƏ ATIR... - AQTA bu fakta susacaqmı?
Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur.
DİA.AZ bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaxın zamanlarda dərc olunacaq hesabatını hazırlamış ekspertlər belə nəticəyə gəliblər. Hesabat müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını birbaşa tütün və alkoqol sənayesilə müqayisə edirlər.
Bütün dünya boyu alimlərə, siyasətçilərə və həkimlərə palma yağı sənayesinə münasibəti dəyişmək məsləhət görülür.
Qeyd edək ki, bu yağları Azərbaycana gətirən şirkətlər var. Medianın üstündən apardığımız araşdırmalar bir daha göstərdi ki, bu yağları Azərbaycana gətirənlər kifayət qədər mediatik simalardır, yəni onlar barəsində yetərincə yaılar yazılsa da, ortada bir nəticə görünmür. Nəzərə alsaq ki, mediada gedən xəbərlərə görə gömrükdə yağ idxalı “Broker” Əbülfəz kimi tanınan Əbülfəz Məlikovun nəzarətində olub hər şey aydın olur. Lakin mediada gedən xəbərlərə görə Əbülfəz Məlikovun gömrükdən uzaqlaşdırıldığı ilyuziyası yaradılsa da o, “Broker” MMC-nin əvəzinə “Delta Qrup C.O.” MMC vasitəsi ilə Azərbaycana yağ idxalına nəzarət edir. Bu yağlar isə kərə yağı adı altında xalqa ucuz sırınan palma yağları olduğu iddia edilir.
İndi isə gələk bu yağların insan orqanizmi üçün hansı dərəcədə təhlükəli olması məsələsinə...
Alkoqol, tütün və... palma yağı?
Palma yağı hazır yeməklərin və yarımfabrikatların hazırlanmasında ən geniş istifadə olunan yağdır. Buna səbəb bu yağın nisbətən ucuz olmasıdır.
Digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir - tərkibində doymuş yağların faizi nə qədər yüksək olarsa, bitki yağı o qədər daha az zərərli sayılır.
İstehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmaq üçün istehsalçılar xeyli səy göstərirlər.
Lakin ÜST hesabatı bu iddiaları təkzib edir.
Təşkilatın ekspertləri tərəfindən aparılmış təhlil dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən ediblər.
Həkimlər eləcə də şübhə etmirlər ki, palma yağı ateroskleroz əmələ gətirən qandakı "pis xolesterini" artırır.
ÜST hesabatının müəllifləri etiraf edirlər ki, bəzən elmi jurnallarda palma yağının zərərsizliyi və hətta sağlamlıq üçün faydası barədə məqalələr çıxır.
Lakin sənədin hazırlanması zamanı məlum olub ki, doqquz bu cür məqalədən dördünü Malayziya Kənd Təsərrüfatı Nazirliyinin bu sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları hazırlayıblar.
"Bitki yağı"
Hesabatda ayrıca bildirilib ki, hələ 2003-ci ildə ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağının sağlamlığa mümkün zərərlərinə diqqət çəkib.
Lakin o zamandan bəri palma yağının dünyada istehsalı və istehlakı ikiqat artıb, 1995-ci ildən 2017-ci ilədək müddətdə isə palma yağı istehsalı dörd dəfə artıb.
Bu cür artımın səbəblərindən birini hesabatın müəllifləri məhsullarını bazarlara çıxarmaq üçün güclü lobbi yaratmış hazır yemək və yarımfabrikat istehsalçılarında görürlər.
Hesabat müəllifləri qeyd edirlər ki, dünya boyunca lobbiçilər palma yağının hazır məhsulun tərkibində olduğunu istehlakçılara bildirmək istəyən istehsalçıların bütün cəhdlərinə dirəniş göstərirlər. İnqridiyentlər siyahısında, palma yağı 200-dək alternativ ad altında göstərilə bilər, misal üçün, sadəcə, "bitki yağı kimi".
Rusiyada 2018-ci ildə, bütün Avrasiya İqtisadi İttifaqının ərazisində olduğu kimi, süd məhsullarının işarələnməsinə dair yeni qaydalar qüvvəyə minib.
Lakin yeni qanun, istehsalçılardan yalnız məhsulun tərkibində "bitki yağlarının" olmasını göstərməyi tələb edir. İnqridiyentlər arasında palma yağının adının çəkilməsi əvvəlki kimi mütləq deyil.
Bundan bir neçə il əvvəl isə, 2016-cı ilin fevralında, Rusiya höküməti palma yağına xüsusi aksiz tətbiq etməyə hazırlaşırdı, lakin üç aydan sonra, nazirlikdən bildirildi ki, "uzun çəkən müzakirələrdən sonra" bu niyyətdən imtina edilib.
Azərbaycanda da palma yağından geniş istifadə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizə 2014-cü ildə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub. 2015-ci ilin yanvar-iyun aylarında isə ümumi dəyəri 16,4 milyon ABŞ dolları olan 27,3 min ton xam palma yağı idxal olunub. Palma yağının böyük bir hissəsi İndoneziyadan, cüzü bir hissəsi də Malayziyadan alınır.
Bəzi məlumatlara görə, xaricdən alınan palma yağından süd, pendir, xama, marqarin, dondurma və şokolad məhsullarının istehsalında geniş istifadə edilir. Palma yağı qidaların rəf ömrünü (istifadə müddətini) artırır.
Palma yağının xərçəng xəstəliyi əmələ gətirə biləcəyini deyən həkimlər, bu yağı ehtiva edən qidalardan uzaq durmağın lazım olduğunu məsləhət görürlər.
Palma yağı, uzunömürlü və xüsusilə də ucuz yağ olduğu üçün istifadə edilir, amma keyfiyyətsiz və doymuş yağ ehtiva etdiyi üçün ürək xəstəlikləri və köklük ilə də əlaqələndirilir.
Palma yağı hazırda dünyanın ən çox istehlak edilən bitki yağıdır. İldə dünyada 50 milyon ton civarında palma yağı istifadə edilir.
DİA.AZ sonda qeyd edir ki, bu gün Azərbaycan vətəndaşlarının sağlamlığını təhdid edən əsas palma yağı idxalçısı kimi məhz Əbülfəz Məlikov cənabları tanınır. Və ümid edirik ki, ilk gündən mütərəqqi fəaliyyəti ilə diqqətləri cəlb edən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) rəhbərliyi yuxarıda qeyd olunanları nəzərə alaraq yağ bazarında da dövlətin gücünü hiss etdirəcək.
Bütün bu iddia olunanlarla bağlı istənilən maraqlı tərəfin mövqeyini işıqlandırmağa hazırıq...DİA.AZ