{category-title}

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat veriblər.

Bildirildi ki, Beynəlxalq Təlim Mərkəzi "Azərbaycan Hava Yolları" QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub.

Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək.

Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır.

Mərkəzdə, həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb.

Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.

Bundan başqa, Mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan "SkyArt" tərəfindən "A320/A321 NEO CEET" tipli yeni nəsil hava gəmisi simulyatoru ilə təchiz edilib. Simulyatora "Boeing 787" təyyarəsi üzrə Qapı Təlim Qurğuları (Door Trainers), həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil Yanğınsöndürmə Təlim Qurğuları (RFFT) daxildir.

Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.

Mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq.

Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.

Son xəbərlər

"WSJ": Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazının blokadasından imtina etməsinə çalışır

Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib

Rubio Vaşinqtonda İsrail–Livan danışıqlarına qatılacaq

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Rusiya Odessa limanına zərbə endirib, Panama bayrağı altında üzən gəmi zədələnib

Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub

Bahar Muradova: Qadın sahibkarlığının təşviqi strateji iqtisadi inkişaf prioritetidir

Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq

Livanın cənubunda daha bir İsrail hərbçisi həlak olub

Xalq artisti Maqsud Məmmədov vəfat edib

Anar Əliyev BP-nin regional prezidenti ilə yeni birgə layihələri müzakirə edib

Netanyahu: İsrail İran limanlarının blokadası təşəbbüsünü dəstəkləyir

Bu gündən rezidenturaya ərizə qəbulu başlayıb

Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib

"Axios": Vasitəçi ölkələr ABŞ və İran arasında razılaşma üçün aprelin 21-dək həll yolu axtarır

İranın Qızıl Aypara Cəmiyyəti: Tehranda dağıntılar altından 960 nəfər çıxarılıb

Fidan: Hörmüz boğazından maneəsiz keçid təmin olunmalıdır

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sabah ödəniləcək

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Balakən və Şəkidə yağıntılar intensivləşib - FAKTİKİ HAVA

KİV: Tramp İranın bombalanmasının bərpası mümkünlüyünü nəzərdən keçirir

II cəhd üzrə magistratura qeydiyyatı BİTİR

Günün qoroskopu: diqqətli olun və fürsəti qaçırmayın

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bütün xəbərlər