{category-title}

BİZİM TƏQVİM:13 martda baş vermiş tarixi hadisələr


Tarixin bu günündə Azərbaycan dövləti və xalqı daha bir imtahan verib. 1995-ci ilin məhz bu günündə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandanı Rövşən Cavadovun başçılığı ilə Azərbaycanda dövlət çevrilişinə cəhd olunub. Ağstafa rayonunda başlanan təxribat daha sonra qonşu rayonlara keçib. 

Qısa zamanda bir neçə qərb rayonunda bütün dövlət strukturlarına əl qoyan üsyançılar Bakıya doğru hərəkət ediblər. Amma Azərbaycan xalqının birliyi sayəsində martın 17-də dövlət çevrilişinin qarşısı alınıb.

Bəs, 13 martda dünyada daha hansı hadisələr baş verib?

1. 624-cü ildə bütpərəst məkkəlilərin ziyarətə gələn müsəlmanları zorla şəhərdən çıxarmaları və onların mallarını qarət etmələri nəticəsində müsəlmanlar və inancsız məkkəlilər arasında Bədr Müharibəsi baş verdi. Mədinənin 160 kilometr cənub-qərbindəki su quyuları ətrafında gedən savaşda 305 adamdan ibarət olan müsəlman döyüşçü təxminən 1000 nəfərlik düşmən ordunu məhv etdi və 13 martda müharibəni qazandılar.

2. Sultan Süleyman Qanuninin əmrindəki Osmanlı ordusu 1552-ci ilin 13 mart tarixində paytaxt Belgradı ələ keçirərək Macarıstanı aldı.

3. Günəş sisteminin yeddinci planeti olan Uran alman mənşəli İngiltərə astronomu Uilyam Gerşel tərəfindən 13 mart 1781-ci ildə kəşf edildi.

4. 13 mart 1869-cu ildə Rus kimyaçısı Dmitri Mendeleyev kimyəvi elementlərin qruplaşdırılmasını tamamladı.

5. 1840-cı ilin 13 martından başlayaraq 30 il ərzində (1870) Osmanlı imperiyasındaHicri təqvimi ilə yanaşı Rumi təqvimi də işlədilməyə başlandı.

6. 13 mart 1909-cu ildə “Zənbur” jurnalı ilk dəfə nəşr olunub.

7. 1964-cü ilin 13 martında Türkiyə Birləşmiş Kipr Dövlətinin başçısı Makariosa nota verdi. Notada bildirilirdi: “Kiprdə rumların türklərə qarşı hücumlarına son qoyulmazsa, Türkiyə öz haqlarından istifadə edərək, adaya müdaxilə edəcək.

8. 2013-cü il 13 martda argentinalı kardinal Xorqe Mario Berqolio katolik dünyasının 266-cı Papası seçildi. Berqolio 1000 illik Avropa tarixində xaricdən seçilən və Latın Amerikasından olan ilk Papa sayılır.

13 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Sovet dövrünün məhşur pedaqoqu və yazıçısı Anton Makarenko 1888-ci ilin 13 martında anadan olub.

2. Drammaturq, teatr və kino aktyoru, Azərbaycanın və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə anadan olub.

3. Sevilən xanəndə  Rövşən Behcət 13 mart 1945-ci ildə dünyaya göz açıb.

4. Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mənsurov 13 mart 1975-ci ildə doğulub.

5. Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib.

6. Azərbaycan alimi, filoloq, tarixçi, türkoloq; filologiya elmləri doktoru, professor, məşhur 91-lərdən olan Əjdər İsmayılov 13 mart 2022-ci ildə dünyasını dəyişib. (Bizim.media)

Son xəbərlər

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Bütün xəbərlər