{category-title}

Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir - ŞƏRH


Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edib. Onun çıxışında bir sıra məqamlar xüsusilə diqqət çəkir.

Nikol Paşinyan, ilk növbədə, bildirib ki, Avropa İttifaqı ilə Gürcüstanın dialoqunun dondurulması Ermənistanın quruma inteqrasiyasında əsas problemdir. O, Avropa səfərindən öncə Gürcüstana işgüzar səfər etmişdi. Tbilisidə Baş nazir İrakli Kobaxidze ilə görüşmüşdü. Hökumət başçılarının görüşündə bu məsələlərə toxunulduğunu da ehtimal etmək olar. Yaxud tərəflərin bu məsələləri razılaşdırdıqları da mümkündür. Hətta belə güman etmək olar ki, Nikol Paşinyan Aİ ilə Gürcüstan arasında münasibətlərin normallaşması istiqamətində örtülü vasitəçilik belə edib.

Odur ki, Ermənistan hökumətinin başçısı çıxışında bildirib: "Gürcüstan bizim üçün Avropa İttifaqına (Aİ) gedən yoldur. Bu, Ermənistanın Aİ-yə üzvlük perspektivini hiss olunacaq hala gətirdi. Biz Aİ ilə Gürcüstan arasında konstruktiv prosesin davam etdirilməsini gözləyir və xahiş edirik. Bu, Gürcüstan qədər Ermənistan üçün də vacibdir".

2024-cü il noyabrın sonunda parlament seçkilərindən sonra Gürcüstan Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu, Avropanın maliyyə yardımından imtina etdiyini bildirmişdi. Bu qərar İttifaqın kəskin tənqidinə səbəb olmuşdu. Bu, inteqrasiyanın dayandırılması və vizasız rejimin qismən məhdudlaşdırılması ilə nəticələnmişdi. Aİ-yə üzv ölkələr hakim "Gürcü Arzusu" Partiyasının üzvlərinə qarşı sanksiyalar tətbiq etmişdi.
Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir - ŞƏRH

Danışıqların dayandırılmasına baxmayaraq, Gürcüstanın Aİ-yə namizəd statusu hələ geri alınmayıb.

Odur ki, Nikol Paşinyanın Aİ-də Gürcüstana lobbiçilik etdiyi görünən qədərdir.

Bundan başqa, Cənubi Qafqazda Ermənistan İttifaqla bu səviyyədə tək əlaqə saxlayan ölkə olaraq qalmaq istəmir. O, bu istiqamətdə Rusiyadan təzyiqə məruz qalacağından da ehtiyatlanır.

Nikol Paşinyan çıxışında Yaxın Şərqdəki vəziyyətə toxunub. O, ölkəsinin ABŞ ilə tərəfdaşlığının indiki miqyasından bəhs edərkən Ermənistanın İranla da dost və qonşu olduğunu vurğulayıb. Baş nazir ölkəsinin bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurduğunu, BƏƏ, Qətər, Oman, Küveyt, İordaniya, Livan, Bəhreyn və Suriyanın Ermənistanın köhnə tərəfdaşları olduqlarını söyləyib: "Bu beynəlxalq böhran fonunda biz kiçik, təvazökar bir dövlətik. Ancaq bütün qurbanların ruhunun dincliyi və tərəfdaş ölkələrin mümkün qədər tez diplomatik həll yolları tapmaları, liderlərinin müdrikliyi üçün dua edə bilərik".

Qeyd edək ki, Ermənistanla İran arasında strateji tərəfdaşlığa dair sənəd hazırlıq səviyyəsindədir.
Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir - ŞƏRH

Nikol Paşinyan çıxışında Azərbaycanla münasibətlərə, sülh danışıqlarına, sərhədlərin delimitasiyasına, Zəngəzur dəhlizinə (TRIPP) geniş yer ayırıb. O vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədində artıq 8 aydır, sakitlikdir, ölən və yaralanan yoxdur. Bununla belə, o, sülhə qayğının tələb olunduğunu də qeyd edib: "Əks halda, o, çox tez dağılacaq. Onilliklər ərzində sabit olan bölgələrdə gözümüzün önündə bir neçə gün ərzində müharibə burulğanı baş verir".

Sülhün üstünlüklərindən danışarkən Baş nazir Azərbaycanın ərazisindən dəmir yolu daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırdığını, 2025-ci ilin noyabrında, münaqişə başlayandan bəri ilk dəfə olaraq, bu marşrutla Ermənistana yüklərin gəldiyindən bəhs edib: "Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistan üçün ixrac istiqamətinə çevriləcək".

Nikol Paşinyan səbəbini açıqlamadan Azərbaycan və Türkiyənin ünvanına gileylənib. Bildirib ki, Bakı və Ankara Ermənistandan keçməklə tranzit imkanından hələ istifadə etmirlər. Onun fikrincə, tərəflər güman edirlər ki, bu, "Tramp Marşrutu" layihəsinin həyata keçirilməsinin gecikdirilməsinə" gətirib çıxara bilər.

Ancaq Baş nazir bununla Türkiyə ilə Ermənistan arasında "bağlı qapılar"ın açılmasına nail olmağa səy göstərmək kimi əsas məqsədini gizlədib.

Paşinyan Avroparlamentin kürsüsündən Azərbaycana avtomobil yolu əlaqəsini bərpa etməyi təklif edib: "Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolu əlaqəsini təmin etməyə hazırıq".

Baş nazir çıxışında yeni münaqişəyə, yeni müharibəyə yol verməyəcəkləri öhdəliyini də üzərinə götürüb.

O, Eçmiədzin kilsəsinə, müxalifətin və onların havadarlarının ünvanına ismarış göndərb: "...Bu gün isə bəziləri kilsə qurbangahından Ermənistan qanunvericiliyini pozaraq münaqişələr, müharibələr və zorakılıq təbliğ etmək üçün istifadə edirlər".

Nikol Paşinyan Azərbaycanın humanitar məqsədlə azad etdiyi dörd erməni barədə də danışıb: "Azərbaycan həbsxanalarında saxlanılan digər soydaşların geri qaytarılması üzrə diplomatik iş gedir".(Report)
Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir - ŞƏRH

Bu məsələdə Nikol Paşinyanın üzərinə daha çox məsuliyyət götürdüyü hiss olunan qədərdir. Çünki Azərbaycandakı məhbus ermənilər hərbi cinayətkarlardır. Ona görə Baş nazirin bu açıqlamasının seçkilərlə bağlı olduğu, habelə Avropadakılar üçün təsəlliverici olduğu da istisna edilmir.

Ermənistan liderinin Azərbaycan cəmiyyətinə inteqrasiyadan imtina edərək ölkə ərazisini könüllü tərk edən ermənilərlə bağlı açıqlaması da diqqət çəkir. O bildirib ki, həmin insanlar Ermənistan Respublikası vətəndaşlığını almalı və burada həmişəlik məskunlaşmalıdırlar...

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Avropa İttifaqını, parlamentini də bir sıra saxtakarlıqdan, gərəksiz iddiaların yükündən xilas edib. İndi bu parlamentdə Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıqdan danışılır. Hətta vaxtilə sülh prosesinə mane olmağa çalışan Fransa belə artıq regionda sülh və sabitliyin möhkəmlənməsində maraqlı olduğunu gizlətmir.

Zaman yenə də ən ədalətli hakim olduğunu göstərir...(Report)

Son xəbərlər

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

"EU Reporter": Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var

Şıxlinski və oğlu barədə yekun qərar verildi

Bakı Zooparkı ləğv edilir

Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər

Sədr: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir

Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub

Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB

Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək

“Bunun sonu pis olacaq” - Zelenski

Bütün xəbərlər