{category-title}

Tovuz sakinləri ölülərin dərdini çəkirlər... - GİLEY

 

 

Tovuz sakinləri şəhərin ən böyük qəbiristanlığının avtodayanacaq və zibilliyə çevrilməsindən narazıdırlar. Sakinlər qəbiristanlığın rayonun əsas ticarət mərkəzi olan "Köhnə bazar"la üzbəüz yerləşdiyinə görə bu vəziyyətə düşdüyünü iddia edirlər.

Bildirirlər ki, bazarda çalışan, eyni zamanda ticarət üçün gələn insanlar avtomobillərini məzarlıq ərazisində saxlayır, çox vaxt artıq əziyyət çəkmək istəməyərək evdən gətirdikləri zibilləri belə, qəbiristanlığın ərazisinə atırlar.

Nəticədə məzarların üstündə gül çiçəkdən çox zibil tullantıları görünür. Yaxınlarını ziyarət etməyə gələn insanlar da çox vaxt, tullantıları yemək üçün toplaşan sahibsiz itlərin hücumuna məruz qalırlar.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan rayon sakini Nailə Rzayeva əraziyə cavabdeh qurumların məsələyə biganə münasibətindən gileylənib: "Qəbiristanlıq müqəddəs yerdir, burada yaxınlarımız dəfn edilib. Amma çoxları bunu başa düşmək istəmir, müqəddəs yeri zibilliyə çevirirlər".

"3 gündür gəlirəm, amma yaxınlarımız dəfn edilən ərazini təmizləyib qurtara bilməmişəm. Neçə dəfə bələdiyyəyə, icra hakimiyyətinə getmişəm, bir ölçü götürülməsini istəmişəm, amma heç bir nəticəsi olmayıb" - N.Rzayeva bildirib.

Digər sakin İbadxan Rzayev isə ölüsünü dəfn etmək üçün gələn insanların dəfələrlə ərazidə saxlanılan avtombil sıxlığından çətinliklə üzləşdiklərini bildirib: "Buranın gözətçisi də var. Qanunla o, nəzarət etməlidir. Amma gözətçinin özü maşınları içəri buraxır. Girənlərin də biri zibil atır, biri məzar daşını aşırır, nəticədə belə bir mənzərə yaranır".

"İkinci qrup əliləm, həftədə bir dəfə gəlib təmizlik etməsəm, zibilin içində məzar daşlarını tapa bilmərik. Dəfələrlə şəhər bələdiyyəsinə müraciət etsəm də, şikayətimə müsbət cavab almamışam" - deyə İ.Rzayev qeyd edib.

Sözügedən qəbirstanlıq Tovuz Şəhər Bələdiyyəsinin balansındadır. Ərazidə yaranmış problemlə bağlı Sputnik Azərbaycan-ın əməkdaşı həmin bələdiyyə ilə əlaqə saxlayıb. Bələdiyyə sədrini əvəz edən Firdovsi Fəttayev şikayət edən sakinlərin haqlı olduqlarını bildirib.

Onun sözlərinə görə, bələdiyyənin maddi vəsaiti olmadığından əraziyə nəzarətçi təyin edə bilmirlər: "Qəbiristanlıq 16 hektar ərazidə yerləşir. Ona görə ora nəzarət etməkdə çətinliklər yaranır. Buna baxmayaraq, mütəmadi olaraq ərazidə reydlər keçiririk, avtomobil saxlayanları polislərin köməyi ilə ərazidən çıxarırıq".

"2-3 aydan bir əhaliyə müraciət edib ərazidə iməcilik təşkil edirik. Lakin bu, ərazinin təmizliyinin qorunmasında kifayət etmir. Təmizliyin aparılması üçün tək bələdiyyənin gücü yetərli deyil. Əhali əl-ələ verərək bu işdə bələdiyyəyə yaxından kömək etməlidir" - deyə F.Fəttayev vurğulayıb.(Sputnik Azərbaycan)
Tovuz sakinləri ölülərin dərdini çəkirlər... - GİLEY
Tovuz sakinləri ölülərin dərdini çəkirlər... - GİLEY
Tovuz sakinləri ölülərin dərdini çəkirlər... - GİLEY
Tovuz sakinləri ölülərin dərdini çəkirlər... - GİLEY
Tovuz sakinləri ölülərin dərdini çəkirlər... - GİLEY

Son xəbərlər

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

“Qızıl top”a əsas namizədlər bəlli olub

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib

Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Bütün xəbərlər