{category-title}

Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış - ŞƏRH


Son sorğulardan birinin nəticələri Ermənistanın Baş naziri Nikol Paşinyana seçkilərdə çətin olacağını ehtimal etməyə əsas verir. Bu siyasi kampaniya 2026-cı il iyunun 7-də keçiriləcək.

"Empirica" beynəlxalq tədqiqat və konsaltinq şirkətinin sorğusuna əsasən, Rusiya vətəndaşı, hazırda İrəvanda ev dustağı, erməni milyarder, Güclü Ermənistan Partiyasının başçısı Samvel Karapetyan az fərqlə də olsa öndədir.

"Empirica" iqtisadiyyat və sosial elmlər sahəsində tanınmış müstəqil tədqiqat, konsaltinq institutudur. 1990-cı ildə Almaniyada təsis edilib. Baş ofisi Bonnda yerləşir. Onun bir sıra ölkələrdə ofisləri mövcuddur. Keniyada Nayrobidə, Ermənistanda İrəvanda fəaliyyət göstərir.

"Növbəti dövrdə iki namizəddən hansının baş nazir olmasını istəyirsiniz?" sualına cavabda respondentlərin 35%-i Samvel Karapetyanı, 34%-i isə Nikol Paşinyanı seçib. İrəvanda isə nəticələr belə olub: sorğu iştirakçılarının 49%-i Karapetyanı, yalnız 24%-i isə Paşinyanı dəstəkləyib.

Samvel Karapetyan 18–29 yaş qrupundan olan gənc seçicilər arasında Nikol Paşinyanı 18% , 30–49 yaş qrupunda 4% qabaqlayır. Nikol Paşinyan yalnız 50 yaşdan yuxarı seçicilər arasında liderdir. Kişi respondentlər arasında onlara bərabər münasibət bildirilib, qadınlar arasında isə Karapetyan rəqibini 2% qabaqlayır.
Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış - ŞƏRH

Baş nazir postuna namizədlərin liderlik etdikləri partiyalara səsvermənin nəticəsi də Nikol Paşinyanın xeyrinə deyil. Bu sahədə mənzərə belədir: respondentlərin 28% indiki baş nazirin Vətəndaş Müqaviləsi Partiyasına səs verib. Samvel Karapetyan, Robert Koçaryan və başqa müxalifət qüvvələr birlikdə 47% səs toplayıb.

Müxalifət baş nazir postuna vahid namizəd olaraq Samvel Karapetyanı irəli sürür.

Müşahidəçilər hesab edirlər ki, bu kimi sorğuların nəticələrinə əsasən, son aylarda Nikol Paşinyan davamlı olaraq seçicilərinin dəstəyini itirir. Buna səbəb olaraq baş nazirin verdiyi vədlərə əməl etməməsi, təhlükəsizlik məsələlərinə ciddi yanaşılmaması, içməli su təchizatı problemləri, bahalıq və müharibə təhlükəsinin güclənməsi göstərilir.

Ancaq o da sirr deyil ki, Paşinyanın liderliyi nəticəsində Ermənistanda müharibə ehtimalı azalıb. Bundan başqa, son bir il ərzində silahlı qüvvələrdə hərbçi və əsgərlərin intihar hadisəsi qeydə alınmayıb.

Sorğuda İrəvan sakinlərinin daha fəal olduğu, "Güclü Ermənistan"lıların ölkə paytaxtında daha çox "sərmayə" qoyduqları da hiss olunan qədərdir.

"Parlament seçkiləri indi keçirilsəydi, hansı partiyaya səs verərdiniz?" sualına İrəvandakı respondentlərin 35%-i Samvel Karapetyanın, 17%-i Nikol Paşinyanın partiyasına, 11 faizi Robert Koçaryanın "Ermənistan" blokuna, müxalifətdə olan başqa siyasi təşkilatlara isə sorğu iştirakçılarının 16 %-i səs verib.
Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış - ŞƏRH

Ölkə paytaxtında rəyi soruşulanların 64%-i Azərbaycan tərəfindən müharibənin yenidən başlama ehtimalından "çox narahat" olduğunu qeyd edib, daha 24%-i isə "müəyyən dərəcədə narahat" olduğunu, 11% isə "çox narahat" və ya "heç narahat olmadığını" bildirib. Habelə, İrəvanda sorğu iştirakçılarının 64%-də müharibə qorxusu da yüksəkdir. 53%-i "çox narahatdır", 32%-i "müəyyən dərəcədə narahatdır" və yalnız 14% "çox narahat deyil" və ya "heç narahat deyil".

Bu faktda revanşistlərin İrəvanda daha fəal olduqlarını isbatlayır. Çünki "Güclü Ermənistan"lılar iddia edirlər ki, Nikol Paşinyan hakimiyyəti illərində "ordunu zəiflədib, məhkəmələri ələ keçirib, Qarabağı tamamilə məhv edib, öz komandası ilə birlikdə varlanıb, repressiyalara əl atıb, kilsə institutunun dağıtmağa başlayıb".

Bu da Samvel Karapetyanın və himayədarlarının əsas hədəfləri sayıla bilər.

Rusiyayönlülərin parlament seçkiləri qabağı təşviqat kampaniyasını əsasən bu tezislər üzərində quracaqları da istisna edilmir.

İrəvandakı rəy sorğularının nəticələrinə inansaq, belə qənaətə gəlmək olar ki, Nikol Paşinyan paytaxtda seçkilərdə uduzacaq.

Yeri gəlmişkən, Güclü Ermənistan Partiyası 2021-ci ildə "Rusiya ilə Güclü Ermənistan" ictimai-siyasi hərəkatın əsasında yaradılıb. O, həmin il keçirilən parlament seçkilərində iştirak etməyib. Təşkilat Rusiyanın qatı tərəfdarıdır. Onlar Ermənistanı Rusiya ilə ən dərin tərəfdaşlıq yaratmağa, Belarus-Rusiya İttifaq Dövlətinə qoşulmağa çağırış edirlər. Partiya Baş nazir Nikol Paşinyanın qərbyönlü siyasətinə qarşı çıxır və onu Corc Sorosun "marionet"i adlandırır.
Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış - ŞƏRH

Bu ilin fevralında rusiyayönlü bu siyasi qruplaşma Samvel Karapetyanın baş nazir postuna namizədliyini irəli sürüb.

Ancaq onun hökumətə başçılıq etməsinə konstitusiya imkan vermir. Çünki deputat olmaq istəyən şəxs son dörd ildə yalnız Ermənistan vətəndaşı olan, bütün bu müddət ərzində daimi olaraq ölkədə yaşayan, səsvermə hüququ olan və erməni dilində danışan istənilən şəxs ola bilər. Karapetyan isə Ermənistan vətəndaşı deyil. Bu səbəbdən də "Güclü Ermənistan"ın seçkiqabağı siyahısına daxil edilə bilməz.

Bunun belə, partiyadaşları bunu problem hesab etmirlər. Onlar iddia edirlər ki, seçkini udub, konstitusiyanın bu maddəsini dəyişəcəklər. Karapetyançıların və himayədarlarının qanunlara belə oyuncaq kimi yanaşması, bir nəfərə görə onu dəyişmək istəmələri rusiyayönlülərin Ermənistanda hakimiyyət çevrilişi niyyəti olaraq dəyərləndirilə bilər.

Keçmiş prezident və baş nazir Serj Sarqsyanın Respublikaçılar Partiyasının aparıcı fiqurlarından biri Artak Zakaryan bildirib ki, Ermənistanın hər bir vətəndaşına seçkilərdən əvvəl birlik və küçə mübarizəsi lazımdır. O bununla ölkə vətəndaşlarını iğtişaşa, küçə mübarizəsinə, etimadsızlığa səsləyib.

Belə qənaətə gəlmək olar ki, Nikol Paşinyanın uduzması üçün indidən sorğu adı altında hazırlanmış ictimai rəyi formalaşdırırlar. Düzdür, onun hökumətə başçılıq edib-etməyəcəyi Ermənistan cəmiyyətinin problemidir. Ancaq bir məsələ realdır ki, samvelçilər ölkəni Rusiyaya doğru sürükləməklə forpostluğu bərpa etməyə, dərinləşdirməyə çalışırlar. Bu, həm də Qarabağ kimi Cənubi Qafqaza və Azərbaycana təzyiq etmək alətindən məhrum edilmiş Rusiyaya yenidən yarınmaq cəhdidir. Sorğulara görə, hələ ki Paşinyan uduzur, onun nəticələri reallaşsa, Ermənistan və erməni cəmiyyəti məğlub, məyus vəziyyətə düşər.(Report)

Son xəbərlər

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb

Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək

Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ

İsrail ordusu Livanda ciddi itkilər verdi

İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır

Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi

Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır

İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb

Oğuzda narkotik alverçiləri saxlanıldı

Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bütün xəbərlər