{category-title}

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, 102, 122, 137, 192, 195, 196, 448, 510, 512 nömrəli şəhərətrafı, eləcə də Bakı– Ağcabədi, Bakı–Lənkəran, Bakı-Şamaxı, Bakı–Qəbələ, Sumqayıt–Yalama, Sumqayıt–İsmayıllı, Sumqayıt–Naftalan, Gəncə-Bərdə, Gəncə-Gədəbəy, Gədəbəy- Gəncə, Mingəçevir–Bərdə, Bərdə–Mingəçevir, Mingəçevir-Göyçay, Mingəçevir-Gəncə, Ağdaş-Gəncə, Göyçay-Gəncə, Bərdə–Zaqatala, Tərtər-Horadiz, Lənkəran-Qazax, Yevlax-Zaqatala, Saatlı-Sumqayıt, Yardımlı-Bakı, Yardımlı-Sumqayıt, Bakı-Yardımlı, Sumqayıt-Yardımlı, Yardımlı-Şirvan, Ağcabədi-Xankəndi-Laçın, Balakən-Zaqatala, Qax-Şəki və Qax-Zaqatala şəhərlərarası, həmçinin Yalama qəsəbəsi - Qusar avtovağzalı, Xanoba kəndi - Xudat avtostansiyası, Qədili (Samux) - Gəncə (dəmiryol vağzalı), Dozular (Göygöl) - Gəncə (avtovağzal), Düzqışlaq ("Şəmkir" stansiyası) - Gəncə (avtovağzal), Alıuşağı (Samux) - Gəncə (dəmiryol vağzalı) və Zəyəm Cırdaxan (Şəmkir) - Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 31 mart 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Ağcabədi, Bakı–Lənkəran, Bakı-Şamaxı, Bakı–Qəbələ, Sumqayıt–Yalama, Sumqayıt–İsmayıllı, Sumqayıt–Naftalan, Gəncə-Bərdə və Gəncə-Gədəbəy istiqamətlərində 11 lot üzrə aprelin 14-də; Gədəbəy-Gəncə, Mingəçevir–Bərdə, Bərdə–Mingəçevir, Mingəçevir-Göyçay, Mingəçevir-Gəncə, Ağdaş-Gəncə, Göyçay-Gəncə, Bərdə–Zaqatala və Tərtər-Horadiz istiqamətlərində 11 lot üzrə aprelin 17-də; Lənkəran-Qazax, Yevlax-Zaqatala, Saatlı-Sumqayıt, Yardımlı-Bakı, Yardımlı-Sumqayıt, Bakı-Yardımlı, Sumqayıt-Yardımlı, Yardımlı-Şirvan, Ağcabədi-Xankəndi-Laçın və Balakən-Zaqatala istiqamətlərində 13 lot üzrə aprelin 21-də; Yalama qəsəbəsi - Qusar avtovağzalı, Xanoba kəndi - Xudat avtostansiyası istiqamətlərində, eləcə də 102 nömrəli (metronun "20 Yanvar" stansiyası (M.Həsənov küçəsi) - Xocəsən qəsəbəsi (Moskva Dövlət Universiteti)), 137 nömrəli (Elçin Həsənli küçəsi (Masazır kəndi) - Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 195 nömrəli (Ələt qəsəbəsi – "Abşeron" ticarət mərkəzi), 512 nömrəli (Aşağı Güzdək qəsəbəsi - Müşfiqabad qəsəbəsi), 122 nömrəli (Maştağa qəsəbəsi - Ramana qəsəbəsi ("Şuşa şəhərciyi" yaşayış massivi), 192 nömrəli (Qobustan qəsəbədaxili), 196 nömrəli (Çeyildağ qəsəbəsi - Sahil qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 9 lotda aprelin 24-də; 448 nömrəli (Mərdəkan qəsəbəsi - Şüvəlan qəsəbəsi (Mayak bağları), 510 nömrəli (Çaylı kəndi - Müşfiqabad qəsəbəsi) şəhərətrafı, Qax-Şəki və Qax-Zaqatala şəhərlərarası, Qədili (Samux) - Gəncə (dəmiryol vağzalı), Dozular (Göygöl) - Gəncə (avtovağzal), Düzqışlaq ("Şəmkir" stansiyası) - Gəncə (avtovağzal), Alıuşağı (Samux) - Gəncə (dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) - Gəncə (avtovağzal) avtobus marşrutları üzrə 9 lotda aprelin 28-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Son xəbərlər

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Bütün xəbərlər