{category-title}

Gündəm / Cəmiyyət
27.02.2026, 13:19
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Yola salınan növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, qarşılama mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu mərhələdə Xocavənd şəhərinə 41 ailənin (138 nəfər) qayıdışı təmin olunub.
