{category-title}

AAYDA-da Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

 

 

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin bacısı Şükufə Zeynalova soyqırımı şahidi kimi çıxış edərək faciəli gecədə baş verən hadisələrlə bağlı xatirələrini bölüşüb.

Ardınca Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudov çıxışında Azərbaycan əsgərlərinin Vətən müharibəsində göstərilən şücaət, döyüş meydanında nümayiş etdirilən qəhrəmanlıq və fədakarlıqlardan bəhs edib. O bildirib ki, şəhidlərimizin qanı yerdə qalmayıb, qəhrəman hərbçilərimizin rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad olunub və tarixi ədalət bərpa edilib.

Daha sonra çıxış edən agentliyin 54 N-li Yol İstismarı MMC-nin əməkdaşı Saləddin Dadaşov Xocalıda inşa olunan yollar, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.

Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədr müavini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əvəz Qocayev Xocalı soyqırımının XX əsrin ən ağır faciələrindən biri olduğunu qeyd edib. O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən vəhşiliklər təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı ağır cinayət idi.

Çıxışda vurğulanıb ki, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb və bu siyasət hazırda Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bildirilib ki, Birinci xanım Mehriban Əliyevanın “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən təşəbbüslər Xocalı həqiqətlərinin dünya miqyasında tanıdılmasına mühüm töhfə verir.

Tədbirin sonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir daha dərin ehtiramla yad olunub.

AAYDA-da Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

 

AAYDA-da Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

 

AAYDA-da Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

 

AAYDA-da Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

 

AAYDA-da Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

 

AAYDA-da Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

 

Son xəbərlər

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Bütün xəbərlər