{category-title}

Gündəm / Cəmiyyət
26.02.2026, 11:19
Türkiyə MN-dən Xocalı paylaşımı: Azərbaycanlı qardaşlarımızın acısını ürəkdən bölüşürük

Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib.
Paylaşımda deyilir:
"Ürəkləri yandıran vəhşilik: Xocalı Soyqırımı... 34 il əvvəl Xocalıda amansızcasına qətlə yetirilən soydaşlarımıza Allahdan rəhmət diləyir, azərbaycanlı qardaşlarımızın acısını ürəkdən bölüşürük".
