{category-title}

BİZİM TƏQVİM: 20 fevralda baş vermiş tarixi hadisələr

20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası vilayətin Ermənistana birləşdirilməsi tələbilə SSRİ Ali Soveti qarşısında vəsatət qaldırdı.

Bu qanunsuz tələb Qarabağın Azərbaycandan qoparılması istiqamətində sovet rəhbərliyinin yürütdüyü riyakar siyasətin növbəti mərhələsi oldu. Sonrakı faciəvi hadisələr məhz bundan sonra başladı.  

Bəs, 20 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 1798-ci ilin 20 fevralında Lui Aleksandr Bertye Roma papası VI Piyi taxtdan salıb.

2. Dünyanın ən böyük və ən məşhur muzeylərindən biri olan “Metropoliten Muzey of Art” 1872-ci ilin 20 fevralında Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində açılıb.

3. İstanbulda ilk elektrikli tramvay 1914-cü ilin 20 fevral günündən işə düşüb. Bu tarixdən etibarən şəhərdə 1869-ci ildən olan atlı tramvay yerini elektrik tramvaya təhvil verib. 

4. 20 fevral 1835-ci ildə Çilinin Konsepsion şəhəri zəlzələ nəticəsində dağılıb.

5. 1970-ci ilin bu günü dövrün Türkiyə dövlət başçısı Cövdət Sunay və Baş nazir Süleyman Dəmirəl tərəfindən mərasimlə İstanbul Boğaziçi körpüsünün təməli atılıb. Asiya və Avropa qitələrini birləşdirən körpü üç ilə tamamlanıb. Boğaziçi körpüsü Qara dənizlə Mərmərə dənizini bir-birinə bağlayan və İstanbul boğazı üzərində yer alan üç asma körpüdən biridir. 

6. 20 fevral 1986-cı ildə SSRİ "Mir" orbital stansiyasının əsas blokunu Yerətrafı orbitə çıxardıb.

7. 2007-ci ildə BMT Baş Məclisinin qərarı ilə hər il fevralın 20-si bütün dünyada Sosial Ədalət Günü kimi qeyd olunur. Sosial Ədalət millətlərin dinc yanaşı yaşaması və inkişaf etməsi üçün ən ümdə pronsiplərdən sayılır.

20 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycan maarifpərvəri Mirzə Hüseyn Əfəndi Qayıbzadə 1830-cu ildə anadan olub. Mirzə Hüseyn Əfəndi Qayıbzadənin 4 cilddən ibarət “Azərbaycanda məhşur olan şüəranın əşarına məcmuə”si klassik irsin öyrənilməsi üçün əhəmiyyətlidir. Bu məcmuədə 18-19-cu əsrlərdə yaşamış 100-dən çox Azərbaycan şairinin əsərlərindən nümunələr verilib. (1830-1917)

2. 20 fevral görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirə günüdür. F.Əmirov uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub. Onun “Sevil” operası dramaturji yığcamlığı, xalq ruhuna yaxın olması və gözəl melodiyaları ilə səciyyələnir. Fikrət Əmirov simfonik muğam janrının yaradıcısı, bir çox romans və mahnının müəllifidir. 

Onun “Min bir gecə” baleti dünyanın bir çox ölkəsində tanınır. Bəstəkar 1984-cü ilin bu günü dünyasını dəyişib. (1922-1984)

3. Şair, dramaturq, tərcüməçi, AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əliağa Kürçaylı 20 fevral 1928-ci ildə dünyaya göz açıb.

4. Azərbaycan xanəndəsi, professor, Xalq artisti Milli Konservatoriyanın "Muğam" kafedrasının müdiri Arif Babayev 20 fevral 1938-ci ildə anadan olub. 

5. Rusiyalı jurnalist, teleaparıcı İradə Zeynalova 20 fevral 1972-ci ildə anadan olub. O, NTV-də "Vesti nedeli"( 'Həftə nəticələri') proqramının müəllifi və aparıcısı (2016-cı ildən). Bundan əvvəl Kanal Birdə (2012-2016) "Vremya" ("Vaxt") proqramının bazar buraxılışına ev sahibliyi edib. Rusiya Televiziyası Akademiyasının üzvü, jurnalist Svetlana Zeynalovanın böyük bacısıdır. (Bizim.Media)

Son xəbərlər

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Milli Məclisin iclası başlayıb

Ağdaşda avtomobili ildırım vurub, yanğın olub

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Azərbaycan XİN Rusiyanı təbrik etdi

DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq

Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”

AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Bu il 116 550 şagird məzun olur

İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ

Göygöldə 2 nəfər göldə boğularaq ölüb

Bakıda obyektdə yanğın başlayıb

Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb

Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib

Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var

ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb

DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib

Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib

Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir

Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb

Bütün xəbərlər