{category-title}

Xamenei azərbaycanlıları təriflədi - Təbrizlilər bu şuarları səsləndirdilər

İranın ali lideri Seyid Əli Xamenei dünən Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində Şərqi Azərbaycan əyalətindən olan insanlarla - azərbaycanlılarla görüşüb. Görüş 18 fevral 1978-ci ildə Təbriz əhalisinin Şah rejiminə qarşı tarixi qiyamının növbəti ildönümü ilə bağlı keçirilib.

Türkiyəli jurnalist Gürkan Demir Xameneinin təbrizlilərlə görüşündən reportaj hazırlayıb.

Sosial media hesabında paylaşım edən jurnalist bildirib ki, salonda ən çox səslənən şüar "Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir" olub.

Onun sözlərinə görə, görüşdə Təbrizdən gələn 1000-dən çox insan İslam Respublikasına sadiqliyini vurğulayıb.

“Mən görüşdə iştirak edən yeganə türk media nümayəndəsi idim. Orada “Ulusal” kanal və “Aydınlıq” qəzetini təmsil edirdim”, - jurnalist qeyd edib.

Gürkan Demirin sözlərinə Xamenei ilə görüşə Təbrizdən olan hərbçilər, polis məmurları, siyasi rəsmilər, din alimləri və adi vətəndaşlar gəlmişdilər:

“Körpələri ilə birlikdə gələnlər və əlil arabalarında olanlar var idi...
Keçmiş prezident İbrahim Rəisi ilə birlikdə helikopter qəzasında həlak olan Təbrizin cümə imamının atası da iştirakçılar arasındaydı... Şərqi Azərbaycanın aparıcı futbol komandası “Traktor”un azarkeş qrupu da orada idi. Onlar komanda şərfləri və gödəkçələri ilə gəlmişdilər. Həmçinin özləri ilə gətirdikləri və üzərində "Yaşasın Azərbaycan" yazısı olan İran bayrağını da açdılar.

Ayətullah Xamenei içəri girəndə salondakılar hərəkətləndilər. Hətta bəziləri sevinc və həyəcandan göz yaşları tökdülər. Onlar əllərində 12 günlük İran-İsrail müharibəsində şəhid olmuş təbrizli polis və əsgərlərin fotoşəkillərini tutmuşdular”.

Türkiyəli jurnalist bildirib ki, Xamenei ilə görüşən təbrizlilər bir sıra şüarlar səsləndirib, fars və Azərbaycan türkcəsində mərsiyə və himnlər oxuyublar.

“Xüsusi olaraq bəstələnmiş himn ucadan və eyni anda oxundu.

Səsləndirilən şüarlardan bəziləri bunlar idi:

- Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!;
- Azərbaycan oyaqdır, inqilaba dayaqdır!;
- Azərbaycan qan verər, inqilaba can verər!;
- Azərbaycan-e canbaz, Xameneidən ayrılmaz!;
- Biz ölməyə hazırıq, Xameneinin sərbazıyıq!;
- Allahu əkbər, Xamenei rəhbər!”

Gürkan Demirin sözlərinə görə, görüşdə Ayətullah Xamenei yanvar iğtişaşları zamanı yetkin mövqe nümayiş etdirdiklərinə görə Şərqi azərbaycanlıları tərifləyib, onlara təşəkkür edib.

“Təxminən üç saatlıq görüş ərzində həm vətəndaşlarla söhbət etmək, həm də müsahibələr almaq imkanım oldu. Şərqi Azərbaycandan gələlər əsasən belə deyirdilər: "Liderimiz və vətənimiz üçün canımızı və qanımızı qurban verməyə hazırıq! Biz hər vəziyyətdə liderimizin arxasında dururuq. İqtisadi, siyasi və hərbi çətinliklərin öhdəsindən gələcəyik!”, - türkiyəli jurnalist yazıb.(Modern.az)

Son xəbərlər

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Milli Məclisin iclası başlayıb

Ağdaşda avtomobili ildırım vurub, yanğın olub

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Azərbaycan XİN Rusiyanı təbrik etdi

DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq

Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”

AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Bu il 116 550 şagird məzun olur

İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ

Göygöldə 2 nəfər göldə boğularaq ölüb

Bakıda obyektdə yanğın başlayıb

Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb

Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib

Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var

ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb

DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib

Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib

Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir

Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb

Bütün xəbərlər