{category-title}

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

2007-ci ilin bu günündə Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti Layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb. Gürcüstan, Azərbaycan və Türkiyə hökumətləri arasında baş tutan imzalanma mərasimi Tiflisdə keçirilib.

Bəs, 7 fevralda dünyada daha hansı hadisələr baş verib? 

1. 7 fevral 1550-ci ildə III Yuli Roma Papası seçilib. 

2. 1613-cü ilin bu günündə I Mixail Rusiya İmperiyasının çarı olub.

3. 7 fevral 1855-ci ildə Şimodada Rusiya-Yaponiya müqaviləsi imzalanmış və iki ölkə arasında "Əbədi sülh və səmimi dostluq" elan edilib.

4. 1900-cu ilin 7 fevralında İngiltərə İşçi Partiyası yaradılıb. 

5. 1945-ci ilin 7 fevralında müttəfiqlər – İngiltərənin Baş naziri Uinston Çörçill, ABŞ prezidenti Franklin D.Ruzvelt və SSRİ-nin Baş katibi İosif Stalin Qara dəniz sahilində gizli bir yerdə Almaniyaya qarşı müharibənin sonu və Avropanın gələcəyi mövzularını müzakirə ediblər.

6. 7 fevral 1964-cü ildə İngiltərənin populyar musiqi qrupu “The Beatles” ilk ABŞ qastrol səfəri üçün Nyu-Yorka getdi. Heyranlarının böyük rəğbəti qarşısında qaldıqları otel polis barikkadasına alınarkən, qrup üzvləri iki gün müddətində otaqlarından çölə çıxa bilmədilər.

7. 7 fevral 1971-ci ildə İsveçrədə qadınlara seçki hüququ verilib.

8. 1973-cü ilin 7 fevralında Türkiyə Böyük Millət Məclisində qəbul edilən qərara əsasən, Maraş rayonuna "Qəhrəman" adı verilib və o, Kahramanmaraş olaraq dəyişdirilib. Qeyd edək ki, Maraş Qurtuluş Savaşı zamanı Fransa işğalçılarına qarşı yerli mübarizəsinə görə TBMM tərəfindən “İstiqlal medalı” verilən ilk rayon olub. 

9. 1990-cı ilin bu günündə Sovet İttifaqı Kommunist Partiyası öz səlahiyyətlərindən imtina etməyə hazır olduğunu bildirib. 

10.  7 fevral 1992-ci ildə Avropa İttifaqının yaranmasına zəmin olan əsas müqavilələrdən biri - Maastrix müqaviləsi imzalanıb. 

11. 1995-ci ilin bu günündə ABÇ-ın "Discovery" kosmik gəmisi Rusiyanın "Mir" kosmik stansiyasına birləşib. 

12. 1996-cı ilin 7 fevralında Türkiyənin “Bir-Gen Air” şirkətinə məxsus “Boeing 757” sərnişin təyyarəsi Dominikan Respublikası yaxınlığında Atlantik okeanına düşüb və 189 nəfər həlak olub. 

13. 2009-cu ilin 7 fevralında Avstraliyada ölkə tarixinin ən böyük yanğını baş verib. Viktoriya ştatında "Qara şənbə" günü baş verən yanğında 173 nəfər həyatını itirib, 414 nəfər isə yaralanıb.

7 fevralda həm də bu şəxsiyyətlər xatırlanır.

1. 1919-cu ilin bu günündə rejissor, aktyor və ssenarist Tofiq Tağızadə anadan olub (1919-1998). Tofiq Tağızadənin “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən ki gözəl deyildim”, “Dədə Qorqud”, “Babamın babasının babası” və digər ekran əsərləri Azərbaycan kinosunun klassikasına çevrilib.

2. 7 fevral 1928-ci ildə türk musiqiçi və teatr aktrisası Aysel Gürel dünyaya göz açıb. 

3. Bu gün Azərbaycan Milli Ordusunun giziri, Milli Qəhrəman Mübariz İbrahimovun (1988-2010) doğum günüdür. Mübariz erməni silahlı qüvvələrinin hücumlarını dəf edərkən qəhrəmancasına şəhid olub. 

4. 1478-ci ilin 7 fevralı İngiltərənin paytaxtı Londonda məhşur ingilis mütəfəkkiri, utopik-sosializmin banisi Tomas Mor anadan olub. (1478-1535)

5. 1812-ci ilin 7 fevralında ingilis ədəbiyyatında sosial roman janrının görkəmli nümayəndəsi Çarlz Dikkens dünyaya gəlib. Onun “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Balaca Dorrit”, “Böyük ümidlər” və digər romanları dünyanın bir çox ölkəsində dəfələrlə tərcümə olunaraq nəşr edilib. (1812-1870) (Bizim.Media)

 

Son xəbərlər

Bazar günü Bakıda 33 dərəcə isti olacaq

“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb

İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb

BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Bütün xəbərlər