{category-title}

Gündəm / Cəmiyyət
5.02.2026, 12:42
Daha bir soydaşımız müharibədə öldürüldü - FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Modern.az xəbər verir ki, Baxşıyev İlham Qüdrət oğlu (2000-ci il təvəllüdlü) Ukraynanın Zaporojye vilayəti istiqmətində gedən döyüşlərdə həlak olub.
Onun Rusiya ordusunun tərkibində xidmət etdiyi və Xakasiya Respublikasından hərbi xidmətə çağırıldığı bildirilir.
Xatırladaq ki, 2026-cı ildə azı 20 soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak olub.
