{category-title}

Gündəm / Cəmiyyət
4.02.2026, 16:27
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistana göndəriləcək.
Bu barədə"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat yayıb.
Bildirilib ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.
