{category-title}

Beyləqanın icra başçısı Arif Alışanova görə problem yaşaya bilər... - İLGİNC

 

 

Dünən məlumat yayıldı ki, Hesablama Palatasının İş Planına uyğun olaraq "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmış vəsaitlərin istifadəsinin auditi həyata keçiriləcək. Qeyd edək ki, AzTV rəhbərliyində baş verən dəyişiklik fonunda qeyd olunan təftiş ciddi şəkildə maraq doğurmaqda və yerli media tərəfindən Arif Alışanovun maliyyə maxinasiyalarının araşdırılması kimi təqdim edilməkdədir.

DİA.AZ olaraq onu da qeyd edək ki, əslində belə bir yoxlama nəticəsində təkcə Arif Alışanovun deyil, bir çoxlarının başları ağrıya bilər. Çünki ortaya şəxacaq hər hansı maliyyə pozuntusu nəticəsində əldə olunan qazancın hansı ünvanlara yönəldilməsi də hüuqi təqibə məruz qala bilər.

Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, məsələn Arif Allışanovun Şamaxı rayonu ərazisində qalmaqallı torpaq alqı-satısı faktına qədər təftiş işləri həyata keçirilə bilər.

Mənbənin dia.az-a söylədikləri:

"Arif Alışanovun bu işi araşdırılsa, o zaman qanunsuz olaraq keçmiş AzTV sədrinə Şamaxı sakinlərinin torpaqlarını peşkəş edən sözügedən rayonun keçmiş icra başçısı Asif Ağayev də "silisə" çəkilməlidir".

Xatırladaq ki, Şamaxının Nağaraxana və Qızmeydan kəndləri sakinlərinin çoxu təsərrüfatla məşğul ola bilmir. Çünki illər öncə dövlətin onlara verdiyi pay torpaqlarını satıblar. Torpaqların çoxunu "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri olmuş Arif Alışanov alıb. Bu işə isə hazırda Beyləqanın icra başçısı postunu tutan Asif Ağayev rəhbərlik edib.

Dia.az-a bildirilir ki, məhz buna görə, Asif Ağayev indidən əl-ayağa düşməlidir: "Əks halda "cəhənnəmə gedən özünə yoldaş axtarar" prinsipinin qurbanı ola bilər".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

dia.az

Son xəbərlər

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

Bütün xəbərlər