{category-title}

Gündəm / Cəmiyyət
19.01.2026, 16:35
Sabah 10 müntəzəm marşrutun hərəkəti dəyişdiriləcək

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu barədə AYNA-dan bildirilib.
Qeyd edilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
