{category-title}

“Meyvəli” bazarının direktoru Anar Novruzov çirkili pulları təsərrüfata qoyaraq, “yumağa” çalışır - İTTİHAM

 

“Bu, büdcədən oğurlanmış pullardır. Harınlamış Aqil Novruzov ictimaiyyət içərisində məni yanıyaraq demişdi ki, “sən sərhəddini aşırsan, səni pulla basdıraram. Pul məndə nə qədər istəsən var, biz sənin əməkhaqqı borcunu qəsdən ödəmirik ki, fəhlələr sənin üzərinə qalxıb, sənə zərər yetirsinlər”. Həmin Aqil Novruzov Anar Novruzovun qardaşıdır”

Ölkədə insanların bir-birini aldatması, şirkətlərin fəhlələrin işlədib, pulunu verməməsi gündəlik rastlaşdığımız hadisələrolsa da, bəzən din adamlarının da insanları aldatmasını eşidirik ki, bu, qəribə qarşılanmaya bilməz. Təəssüf ki, indi həccə gedib qayıdan iş adamlarının insanları aldatdığını, fəhlələrin alın təri ilə qazandıqları pulu verməməsi kimi hallara da təsadüf edirik.

Tovuz rayonunun Əsirik Cırdaxan kənd sakini, tikinti-quraşdırma briqadasının rəhbəri olan Etibar Alıyev və 18 nəfər fəhlənin zəhmət haqqının verilməməsi də bu qəbildəndir. Onların “Hürriyyət”ə müraciətini oxuduqda “Meyvəli” bazarının dierktoru Hacı Anar Novruzovun da fəhlələrin gördüyü işin haqqını - 11min 692 manat pulu vermək istəmədiyi aydın olur. Açığı, həccə gedən bir şəxsin insanların haqqını tapdalaması, həm də arxasında duran generallara qürrələnməsi təəssüf doğurur. Yəni biz millət olaraq bu qədər imandan çıxdıq ki, hacı da fəhlələrin haqqını tam ödəmir?!

Müraciətdə deyilir: “Mən, tikinti-quraşdırma briqadasının rəhbəri Alıyev Etibar İslam oğlu, nəzərinizə çatdırıram ki, 2017-ci ilin may ayından etibarən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin əməkdaşkları, müstəsna səlahiyyət sahibləri olan, “Meyvəli” bazarının direktoru Anar Novruzovun və Vəli Əmirovun sifarişləri əsasında Tovuz rayonunun Kür çayı sahilində, Çeyrangöl adlanan ərazidə 7 ədəd müasir standartlara uyğun istixana kompleksi, böyük həcmli anbar binası, yeməkxana binası, komendant postu, su hovuzunun bünövrəsi, 3 kilometrdən çox geniş zolaqlı avtomobil yolu və mühafizə səngərinin tikinti işlərini rəhbəri olduğum 60 nəfərdən ibarət çox tikinti-quraşdırma briqadasının üzvləri icra etmişdir.
Təqdim olunmuş “forma-2” və “forma-3” sənədləri əsasında 332 min 572 manat məbləğində tikinti quraşdırma işləri görülmüşdür. Bu görülmüş tikinti quraşdırma işlərindən fəhlələrin 35 min 892 manat borcu qalmışdı. Onlar müxtəlif bəhanələrlə bu müxtəlif bəhanələr gətirərək bu məbləği verməkdən imtina edirdilər. Mən Bakı şəhərində fəhlələrin əmək haqqı borcunu almağa gəldiyim zaman fəhlələrin evimizə hücum cəkməsi, söyüş dolu telefon zəngləri, ASC-nin əməkdaşları və Anar Novruzovun sərt şəkildə hədə-qorxu gəlməsi nəticəsində səhhətim ciddi şəkildə pisləşdi, klinik ölüm həddinə gəldim. Mən məcburiyyət qarşısında qalaraq cənab prezidentə, Birinci vitse-prezidentə, milləti vəkili Qənirə Paşayevaya teleqramlar ünvanladım. Çox ciddi mübahisə və münaqişələrdən sonra ASC-nin əməkdaşları 16 min manat əməkhaqqı borcunu verdilər. Bu aldığım məbləğdən 38 nəfər fəhlənin qalan borcunu ödədim. Lakin düşdüyüm çətin və və gərgin vəziyyətdən istifadə edərək mənə iltizam yazdırdlar. Bir müddət keçdikdən sonra fəhlələr yenidən üzərimə hücum çəkdilər və qalıq əməkhaqqı borcu olan 19 min 892 manatı tələb etdilər. Mən yenidən çıxılmaz duruma düşdüm və təkrar cənab prezidentə, Birinci vitse-prezidentə, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədri Əbülfət Qocayevə və daxili işlər naziri Ramil Usubova teleqramlar ünvanladım. Teleqramlardan sonra ASC-nin əməkdaşları və Anar Novruzov məni çağırıb bildirdilər ki, sənin vurduğun teleqramlar respublikanı ayağa qaldırıb, sənin əməkhaqqı borcunu biz bütünlüklə ödəyəcəyik. Amma şərtimiz budur ki, sən gedib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinə izahat verməlisən ki, mən qalıq əməkhaqqı borcumu almışam, şikayətin araşdırılması dayandırılsın, heç bir tələbim yoxdur, bir daha şikayət etməyəcəm. Bundan sonra onlar əməkhaqqı borcunu tam yox, 8200 manatını verdilər, mən də fəhlələrin əməkhaqqı borcunu payladım. Hazırda qalan 11 min 962 manatı ödəməkdən imtina edirlər. Bu borc öhdəliyi də mənim üzərimdə qalıb, fəhlələr yenə də pullarını tələb edirlər”.

“Dedi, mən kişiyəm pulunu qəpiyinə kimi verəcəm”

E.Alıyevlə söhbət zamanı isə o dedi ki, bu teleqram və müraciətlərdən sonra məsuliyyəti öz üzərindən atmaq üçün “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu işləri sifariş vermədiyini və onunla əmək müqaviləsi bağlamadığını bildiriblər: “Əslində, biz o işi görməmişdən əvvəl müqavilə məsələsini qaldırdıq. Onlar müqavilədən imtina etdilər. Çünki onlar deyirdi ki, biz dövlət məmuruyuq, dövlət məmurunun kommersiya ilə məşğul olmağa icazəsi yoxdur. Bizim arxamızda Daxili İşlər Nazirliyinin yüksək çinli generalları durur. Dedilər, bunu dolayısı ilə biz görürük. Nə iş görürsünüz qəpiyinə kimi biz ödəyəcəyik”. Ona görə, bizimlə müqavilə bağlamadılar. Qabaqcadan da pulu ödəyə-ödəyə gəldilər. 52 min pul qalmışdı ki, vermirdilər, ondan sonra bizim mübahisələrimiz başladı. Onu da ödəyə-ödəyə gəldilər, indi 11 min 692 manat qalıb. Axırıncı dəfə pulu ödəyəndə Anar Novrzuov mənə dedi ki, mən hacı adamam, get, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qol çək ki, bir daha tələbim yoxdur, şikayət dayandırılsın. Dedi, mən kişiyəm pulunu qəpiyinə kimi verəcəm. Mən də qol çəkdim. Amma indi imtina edir, vermək istəmir. Deyirlər, biz işimizi elə planlı tutmuşuq ki, sən bizə heç nəyi sübut edə bilməzsən. Deyir, get, hara istəyirsən, şikayət elə”.

“Bu işləri görüb, camaatın haqqını vermirlər”

E.Aliyev qeyd etdi ki: “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədri müavinin Anar Novruzov cinayətkar ünsürlərlə iş birliyi quraraq, hər dəfə sahəyə səfər edəndə diplomatlarla dolu çirkili pulları təsərrüfata qoyaraq “yumağa” çalışır: “Bu, büdcədən oğurlanmış pullardır. Harınlamış Aqil Novruzov ictimaiyyət içərisində məni yanıyaraq demişdi ki, “sən sərhəddini aşırsan, səni pulla basdıraram. Pul məndə nə qədər istəsən var, biz sənin əməkhaqqı borcunu qəsdən ödəmirik ki, fəhlələr sənin üzərinə qalxıb, sənə zərər yetirsinlər”. Həmin Aqil Novruzov Anar Novruzovun qardaşıdır. Meşkola pulu çiyninə vurub hərləyən, dövlət büdcəsinə xəyanət edən oğlan o idi. Ağstafada 450 hektar yeri əkdirib, pulu fırlayan odur. 1 hektar yerə 4 ton toxum lazımdır. 400 hektara 160 ton toxum edir, 1 kq 50 qəpiklə 800 min edir. Bu pulu haradan alır? Fəhlənin əməkhaqqını da vermir. Bu işləri görüb, camaatın haqqını vermirlər”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
pia.az
 

Son xəbərlər

Prezidentin doğum günüdür

Putin Əliyevi təbrik etdi

İlham Əliyev Fərman imzaladı

Gələn ildən Rusiyaya səfərlə bağlı yeni qaydalar qüvvəyə minəcək

İraq Prezidenti Azərbaycan səfirini fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

İran Azad Universitetinin bir fakültəsində təhsil haqqı 300 faiz artıb

Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib

İlham Əliyev bu idmançıları təltif etdi - SİYAHI

Tibb müəssisələrində yoxlama: 131 nəfər məsuliyyətə cəlb olunub

QMİ sədri: Bəzi din xadimləri vahid geyim formasına əməl etmir

Salamını almadı, əli hava qaldı - FOTO

Məşhur bağçanın müdiri 428 minlik dələduzluqda təqsirli bilinir

Dünya bazarlarında neft bahalaşıb

Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir

Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

Bütün xəbərlər