{category-title}

BİZİM TƏQVİM:Yanvarın 15-də baş vermiş tarixi hadisələr


1906-cı ilin bu günündə Ümumrusiya Müsəlmanlarının ikinci qurultayı keçirilib.1 həftə davam edən fikir ayrılıqlarından və müzakirələrdən sonra Qurultay bir neçə mühüm qərar qəbul edib.

15 yanvarda daha hansı hadisələr baş verib?

1. 15 yanvar 1915-ci ildə Birinci Dünya savaşında Çar ordusu Osmanlı ordusunu məğlub edib. Türklər Cənubi Azərbaycandan çəkiliblər.

2. 1919-cu ilin bu günündə AXC tərəfindən Zəngəzur, Cavanşir, Şuşa və Cəbrayıl qəzaları əsasında Qarabağ general-qubernatorluğu yaradılıb.

3. 15 yanvar 1919-cu ildə erməni silahlı dəstələri Göyçə və Novobəyazid qəzalarındakı Azərbaycanlılar yaşayan kəndlərdə kütləvi qırğınlar törədib.

4. 1989-cu ilin 15 yanvarında erməni silahlıları Goranboyun Todan kəndinə basqın edib, 2 dinc sakini qətlə yetirib.

5. 15 yanvar 1989-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Dağlıq Qarabağda Fövqəladə vəziyyət tətbiq edilib.

6. 1990-cı ilin 15 yanvarında Xəzər dəniz Donanmasının bazasında uçqun baş verib. Uçqun nəticəsində 22 nəfər dənizçi torpaq altında qalaraq həyatlarını itirib.

7. 15 yanvar 1992-ci ildə Avropa dövlətləri Xorvatiya və Sloveniyanının müstəqilliyini tanımaqla Yuqaslaviyanın dağıdılmasına start verib. 

8. 15 yanvar 2005-ci ildə Yasir Ərəfatın ölümündən sonra 9 yanvarda Fələstin dövlət başçısı seçilən Mahmud Abbas and içərək vəzifəsinin icrasına başlayıb.

15 yanvarda kimlər xatırlanır?

1. 1902-ci ilin bu günü türk şairi, yazıçı, rəssam, ssenarist, dramaturq və ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) və türk inqilabi poeziyasının banisi Nazim Hikmət anadan olub.

2. 1943-cü ilin bu günündə Azərbaycanlı qəhrəman Əli Dadaşov(Lyonya Dadışev) 18 yaşında alman-faşistləri tərəfindən güllələnib.

3. 15 yanvar 1984-cü ildə Kıbrıs (Kipr) Türklərinin lideri, jurnalist-yazıçı Dr. Fazıl Küçük 78 yaşında Londonda həyatını itirdi. Fazıl Küçük Rum və Türklərin birgə qurduqları Kıbrıs Dövlətinin ilk vitse-prezidenti idi.

4. 15 yanvar 1904-cü ildə Əməkdar artist Cabbar Əliyev (1904-1973) doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə (“Qızmar günəş altında”, “Qaraca qız” (Piri baba), “Görüş”) çəkilib. 

5. 15 yanvar 1907-ci ildə  Əməkdar artist, aktyor, dramaturq Məcid Şamxalov (1907-1977) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. “Qayınana” komediyasının müəllifidir.

6. 15 yanvar 1914-ci ildə yazıçı Ənvər Qasımov (1914-1989) anadan olub. Əsərləri: “Düşmənimin düşməni”, “Cərrahlar” (roman) və s.

7. 15 yanvar 1936-cı ildə yazıçı-publisist, tərcüməçi Vaqif Musa (1936-1996) anadan olub. “Bəyim çayı boyunca”, “Səhər mehi” və s. romanların müəllifidir.

8. Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist və ictimai xadim Nəbi Xəzri 15 yanvar 2007-ci ildə vəfat edib. O 1945-ci ildən AYB-nin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı idi.(Bizim.Media)

Son xəbərlər

Türkiyə PA: Ölkəmizin Suriya münaqişəsində kürdlərə qarşı düşmən münasibət sərgiləməsi dezinformasiyadır

Şəmkirdə maşın betona çırpılıb, 2 nəfər xəsarət alıb - FOTO

Suriya ordusu Rakka vilayətinə daxil olub

Media nümayəndələrinin akkreditasiyasına start verildi

Ukrayna Çexiya ilə mənzillərin bərpası və icmaların enerji dayanıqlılığını müzakirə edib

Rusiyada Nalçikdə polislərə hücumun qarşısı alınıb

Bazar günü sulu qar yağacaq

Tanınmış həkim vəfat etdi - FOTO

Pakistan Hindistanın Cammu və Kəşmirdəki məscidlərlə bağlı siyasətini pisləyib

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

CNN Brasil: ABŞ-ın Venesuelaya hücumlarından sonra Braziliya HHM sistemlərini gücləndirir

Biləsuvarın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Hamilə qadınlara əlavə məzuniyyət veriləcək

Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib

Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilən 3 nəfərin məhkəməsində ittiham aktı elan edilib

Kollecə direktor təyin edildi - FOTO

Sabiq icra başçısının oğlu tanışını güllələdi

Ərdoğanın varisi dörd nəfərdən biri olacaq - İDDİA

Şənbə günü hava arabir yağıntılı olacaq

Ötən gün 10 avtomat, 79 tüfəng aşkarlanıb

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

“Qarabağ”-“Ayntraxt” oyununun biletləri satışda

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

İranın müdafiə naziri: etirazçılar 500 ilə 3500 dollar arası pul alıblar

Bütün xəbərlər