{category-title}

Azərbaycan 2026-cı ildə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək - SİYAHI

Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.

Bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir.

Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 may tarixlərində təşkil olunacaq və ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində baş tutacaq. Tədbirdə dayanıqlı şəhərsalma, urbanizasiya, ağıllı şəhərlərin qurulması, müasir infrastrukturun inkişafı və iqlim risklərinə davamlı şəhər modelləri əsas müzakirə mövzuları olacaq.

Bakı, həmçinin iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu tədbir ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iqlim dəyişmələri ilə mübarizə, karbon emissiyalarının azaldılması və "yaşıl enerji" layihələrinə diqqətin artırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.

İslam İnkişaf Bankı (IsDB) Qrupu 16–19 iyun tarixlərində Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək. Tədbir çərçivəsində ITFC-nin 22-ci Baş Assambleyası, ICIEC-in 33-cü illik iclası, ICD-nin 26-cı illik iclası və ISFD-nin 19-cu Baş Assambleyası təşkil ediləcək. Görüşlərdə investisiya imkanları, ticarətin genişləndirilməsi və maliyyə əməkdaşlığı əsas müzakirə mövzuları olacaq.

Aprel ayında BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası da Bakıda baş tutacaq.

Həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci illik iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Tədbirdə regional iqtisadi əməkdaşlıq, infrastruktur layihələrinin maliyyələşdirilməsi və dayanıqlı inkişaf strategiyaları müzakirə olunacaq.

2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumu keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrindən sabiq və fəaliyyət göstərən dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri və tanınmış ekspertlər iştirak edəcək.

Bundan əlavə, dünya ölkələrinin maliyyə kəşfiyyat orqanlarını birləşdirən Eqmont Qrupunun 32-ci plenar iclası da 2026-cı ildə Bakı şəhərində təşkil olunacaq.

Gələn il, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) növbəti Zirvə toplantısı oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılır.

2026-cı ildə Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda regional və qlobal çağırışlar müzakirə ediləcək.

Nazir konqres iştirakçılarını gələn il Bakıda keçiriləcək foruma dəvət edib.

2026-cı il Azərbaycan üçün idman baxımından da xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, Azərbaycan onuncu dəfə "Formula 1" Azərbaycan Qran Prisinə ev sahibliyi edəcək. Bu mərhələ 24–26 sentyabr tarixlərinə planlaşdırılıb.

Eləcə də, Bakıda Cüdo üzrə dünya çempionatı yeddi ildən sonra ikinci dəfə keçiriləcək. Mundial 4–11 oktyabr tarixlərində baş tutacaq və dünyanın ən güclü cüdoçuları bu yarışda mübarizə aparacaq.

Bundan başqa, Azərbaycan qadınlar arasında voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Turnir 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək, ümumilikdə Avropanın 24 ən güclü komandası iştirak edəcək, onlardan 6-sı oyunlarını məhz Bakıda keçirəcək.

1–10 sentyabr tarixlərində isə Bakıda Sumo üzrə dünya çempionatı təşkil olunacaq.

Eyni zamanda Bakının SportAccord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcəyi də elan olunacaq.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi geniş şəkildə qeyd olunacaq. Tədbirlər çərçivəsində beynəlxalq elmi konfranslar, akademik forumlar və tematik sərgilərin təşkili nəzərdə tutulur.

Bu tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qlobal dialoq, iqtisadi əməkdaşlıq, ekoloji təşəbbüslər və beynəlxalq idman platformalarında artan rolunun göstəricisidir. 2026-cı il Azərbaycan üçün beynəlxalq etimadın, inteqrasiyanın və yeni əməkdaşlıq imkanlarının möhkəmləndiyi mühüm bir mərhələ kimi tarixə düşəcək.

Son xəbərlər

"Sarı Gəlin"in İran dövlət telekanalında erməni musiqisi kimi təqdimatına görə araşdırma aparılır

Emin Əmrullayev Kürdəmirdə vətəndaşları qəbul edəcək

İran: Silahlı Qüvvələr ölkənin ərazi bütövlüyünü qətiyyətlə qoruyacaq

Gədəbəydə fermada meyit tapılıb

Qaradağda günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddəti uzadılıb

Baş Prokurorluq və DİN Xaçmazda itkin düşən şəxsin qətlə yetirilməsi barədə birgə məlumat yayıb

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Tramp: Kiyevlə faydalı qazıntılarla bağlı saziş ABŞ-a Ukraynaya xərclənən vəsaiti geri qaytarmağa imkan verəcək

Maduronun saxlanılandan sonra ilk fotosu yayılıb - FOTO

Kallas: Avropa İttifaqı Venesueladakı vəziyyəti yaxından izləyir

Rusiya XİN: Venesuelada baş verənlər narahatlıq doğurur

Sabah Bakıya qar yağacaq? - PROQNOZ

Tramp Venesuelaya hücum qərarını burada verib - FOTO

Leyla Əliyeva Qusarda məsciddə - Fotolar

Azərbaycan 2026-cı ildə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək - SİYAHI

Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib

İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb

Həsən Zeynalov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Yanvarda hava necə olacaq?

Azərbaycan-Küveyt münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

İşıq və təbii qaz üçün - Sabit tariflər olacaq

“Aİ-92” 5, dizel isə 10 qəpik bahalaşdı

Bütün xəbərlər