{category-title}

Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının toplantısı keçirilir


Bu gün Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının müzakirə olunacağı Türkiyə–Azərbaycan Birgə İqtisadi Komissiyasının (KEK) 12-ci Dövr Toplantısı keçirilir.

Toplantıya Türkiyə tərəfdən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan tərəfdən isə Baş nazir Əli Əsədov həmsədrlik edəcək. İkitərəfli və nümayəndə heyətləri arasında aparılacaq görüşlərdə iki ölkə prezidentləri tərəfindən müəyyən edilən 15 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımlar, eləcə də ticarətin asanlaşdırılmasına dair məsələlərin müzakirəsi gözlənilir.

Proqram çərçivəsində iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, işgüzar dairələrin bir araya gətirilməsi və birgə investisiya imkanlarının inkişaf etdirilməsi məqsədilə II Türkiyə–Azərbaycan İnvestisiya Forumu da təşkil olunacaq. Forumda Türkiyədən vitse-prezident Cevdet Yılmaz və ticarət naziri Ömər Bolatın, Azərbaycandan isə Baş nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı planlaşdırılır. Eyni zamanda, MÜSİAD Azərbaycan Baş Assambleyası çərçivəsində türk və azərbaycanlı iş adamları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Vitse-prezident Cevdet Yılmazın Bakı səfəri çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüş keçirməsi gözlənilir.

Türkiyə uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab olunur. 2024-cü ildə Türkiyənin Azərbaycana ixracı 3,1 milyard ABŞ dolları, Azərbaycandan idxalı isə 4,8 milyard ABŞ dolları təşkil edib. Türkiyə Azərbaycanın ixrac etdiyi ölkələr arasında ikinci, idxalında isə üçüncü yerdə qərarlaşıb.

Azərbaycandakı türk investisiyalarının həcmi təxminən 18 milyard ABŞ dolları, Türkiyədəki Azərbaycan investisiyaları isə təqribən 21 milyard ABŞ dolları səviyyəsindədir. Azərbaycanda təxminən 7 min türk kapitallı şirkət fəaliyyət göstərir, Türkiyədə isə Azərbaycan kapitallı 3 min 100-ə yaxın şirkət mövcuddur. Türk podratçı şirkətləri bu günədək Azərbaycanda ümumi dəyəri 21,1 milyard ABŞ dolları olan 558 layihə həyata keçiriblər.
KEK-in 12-ci Dövr Toplantısı çərçivəsində imzalanması planlaşdırılan KEK Protokolu və Fəaliyyət Planı ilə ticarət, enerji, nəqliyyat, səhiyyə, təhsil və mədəniyyət daxil olmaqla bir çox sahədə Türkiyə–Azərbaycan iqtisadi və ticarət əlaqələrinin yol xəritəsinin müəyyənləşdirilməsi hədəflənir. Keçiriləcək İnvestisiya Forumunun isə iki ölkənin işgüzar dairələri arasında əlaqələri gücləndirməsi və regional iqtisadi əməkdaşlığa töhfə verməsi gözlənilir.

Son xəbərlər

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Bütün xəbərlər