{category-title}

<!-- x-tinymce/html -->

Vahid Axundov vəfat etdi - Prezident nekroloq imzaladı

Sabiq dövlət müşaviri Vahid Axundov ötən gün 84 yaşında vəfat edib. 

Prezident İlham Əliyev Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Cümşüd oğlu Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat edib.

Vahid Axundov 1942-ci il fevralın 2-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1959-1964-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis-iqtisadçı ixtisası üzrə ali təhsil alıb.

Vahid Axundov 1969-cu ildə iqtisad elmləri namizədi və 1981-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcələrini, 1986-cı ildə professor elmi adını alıb.

Əmək fəaliyyətinə 1959-cu ildən başlayan Vahid Axundov 1964-cü ilədək Bakı dəri-qalantereya fabrikində və Bakı avtomobil ehtiyatı hissələri zavodunda müxtəlif işlərdə çalışıb. O, 1965-1966-cı illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük və baş iqtisadçı, 1970–1987-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor, 1987–1991-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda elmi işlər üzrə prorektor vəzifələrini tutub.

Vahid Axundov 1991–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri və Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ilin may-noyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirin baş iqtisadi müşaviri olub. O, 1993-cü ildən 2017-ci ilədək Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsini icra edib.

Vahid Axundov uzun illər Azərbaycanın milli maraqlarının qorunması naminə bilik və bacarığını əsirgəməyərək, peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkədə iqtisadi islahatların uğurla aparılmasında, iqtisadiyyatın bütün sahələrinin dinamikliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərib. Öz işində hər zaman obyektivlik və prinsipiallıq nümayiş etdirməklə dövlətçilik mövqeyindən çıxış etməsi ona dərin hörmət və ehtiram qazandırıb. Vahid Axundovun tədqiqatçı alim kimi iqtisadiyyatın ayrı-ayrı problemlərinin öyrənilməsinə dair 150-dən artıq sanballı araşdırması mütəxəssislər tərəfindən rəğbətlə qarşılanıb.

Vahid Axundovun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti və iqtisad elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1992-ci ildə “Əməkdar elm xadimi”, 2006-cı ildə “Əməkdar dövlət qulluqçusu” fəxri adlarına layiq görülüb, 2007-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Tanınmış ictimai xadim, bacarıqlı təşkilatçı və təvazökar insan Vahid Cümşüd oğlu Axundovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!”, - nekroloqda deyilir.

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Şahmar Mövsümov

Natiq Əmirov

Mikayıl Cabbarov

Azər Əmiraslanov

Ziyad Səmədzadə

Son xəbərlər

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Bütün xəbərlər