{category-title}

Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Krallığında səfərdə olub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər zamanı Banqkok şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Siyasi məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Tailand Krallığının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vijavat İsarabhakdi rəhbərlik edib.

Məsləhətləşmələr zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.

Daha sonra iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Müqabil tərəfə Azərbaycanın sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi üçün görülən tədbirlər, eləcə də həmin ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə məlumat verilib.

Tailand Krallığının xarici işlər naziri Sihasak Phuanqketkeov ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Səfirliyin açılışının və ilk siyasi məsləhətləşmələrin müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi bildirilib.

Eyni zamanda, nazir müavini Elnur Məmmədov Tailand Krallığı Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının spikeri Vanmuhammadnoor Matha ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu qeyd olunub, çoxtərəfli parlamentlərarası platformalarda təşəkkül tapmış səmərəli əməkdaşlıq məmnunluqla vurğulanıb.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Tailandın nüfuzlu TNN televiziya kanalına, eləcə də parlamentin televiziya kanalına müsahibələr verib. O, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Səfirlik tərəfindən təşkil olunmuş mərasimdə iştirak edib.

Bununla yanaşı, xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunda Azərbaycanın xarici siyasət prioritetləri barədə çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Son xəbərlər

Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub

Rusiyada bir neçə vaqon relsdən çıxıb

Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb

Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil

Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib

Təmir etdiyi maşının altında qalaraq öldü

Tayland–Kamboca sərhədində döyüşlər yenidən qızışıb

Qazaxıstanda qaz balonunun partlaması nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb

ABŞ, Ukrayna və “Avropa Üçlüsü”nün Parisdə keçiriləcək görüşü ləğv edilib

Bakıda "16-cı NATO günləri" keçirilib

TÜRKPA sədri: Özbəkistanla Türk dünyası əsrlərdən bəri möhkəm bağlarla birləşib

Ukrayna Prezidenti gələn həftə Almaniyaya səfər edəcək

Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər

Ərdoğan: Pakistan və Əfqanıstan arasında barışığa töhfə verməyə hazırıq

Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ

Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi - ŞƏRH

Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb

Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb

"Reuters": ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər

Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir

Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb

Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür

Bütün xəbərlər