{category-title}

Gündəm / Kriminal
11.12.2025, 10:24
İstanbulda evdə yanğın olub, 3 uşaq həlak olub
<!-- x-tinymce/html -->

İstanbulun Fevzi Çakmak məhəlləsinin Umman küçəsində yerləşən 2 mərtəbəli binanın girişindəki mənzildə naməlum səbəbdən yanğın baş verib.
Hadisə yerinə dərhal yanğınsöndürənlər, polis və təcili tibbi yardım heyətləri cəlb olunub.
Yanğın zamanı sakinlər tərəfindən evdən çıxarılan 4 uşaq təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Fövqəladə Hallar xidmətinin müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb və söndürülüb.
Xəstəxanaya yerləşdirilən uşaqlardan 3-nün həyatını itirdiyi, 1-nin isə vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, uşaqların anası yanğın baş verən vaxt evdə olmayıb. APA

