{category-title}

Gündəm / İdman
6.12.2025, 11:32
Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək

Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq məsələsi gündəmə gətiriləcək.
Bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva D-8 Gənclər Dialoqunun açılışı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2020-ci ildən etibarən Azərbaycanda gənclər siyasəti yeni mərhələyə keçib:
"2026-cı ildən etibarən, gənclərin peşəkar iştirakçılığı məsələsini gündəmə gətirməyi düşünürük. Bu o deməkdir ki, onların yüksək texnologiyalar, kommunikasiya sahəsində iştirakı ön plana çıxarılacaq. Beynəlxalq tədbirlərdə gənclərin iştirakı müntəzəm təmin ediləcək. Əsas məqsədimiz gənclər siyasətinin daha da genişləndirilməsi və regionlarda yaşayan gənclərin bu işlərə cəlb edilməsidir".
