{category-title}

Tovuz təhsilinin görünən üzü

 

Ara-sıra çox müşahidə etmişik, pişiklərin işi tərs gələndə, öz quyruqları ilə oynayırlar... Bu, nə ilə əlaqədardır, deyə
bilmərik, ancaq məlum bir həqiqətə inanırıq ki, adam Allahsız olanda, haram onun gözlərini tutur, o, yaxşı ilə yamanı
seçə bilmir.
Son vaxtlar Tovuz təhsilində baş verən ciddi qanun pozuntuları tam mənada dövlət dəyərlərini aşağılayır. Aidiyyatı
orqanlar bu neqativ hallara məhəl qoymasa da, bu, bizim diqqətimizdən yayınmır. Tovuz rayon təhsil şöbəsinin müdiri
Validə Hüseynova nə ağ bilir, nə qara, onun bildiyi ancaq rüşvətdir. Elə buna görə də kimsə onun yolunun üstünə bənd
ata bilmir. Hətta deyirlər ki, dövlətin də ona gücü çatmaz...
Ərz olunur ki, Validə Hüseynova «Özbaşınalıq» adlı kitabın səhifələri üzərində at çapır, elə atın üstündəcə məktəb
direktorlarına necə göz ağardırsa, onlar da qorxularından ona «haqq» verirlər. Sonra da düşürlər müəllimlərin üstünə.
Yəni, direktorlar təhsil şöbəsinin müdirinə pul verir, müəllimlər də direktorlara. Bu pul yığma da birbaşa təhsil
prioritetlərinə zərbə vurur. Amma aidiyyatı orqanların tükü belə tərpənmir.
Sadalanır ki, Validə Hüseynova guya yığdığı pullarla yuxarıdan gələn «qonaqları» yola verir, guya müxbirlərə görüm-
baxım edir. Sözarası da deyir ki, mənə heç Təhsil nazirliyi də «kənara dur» deyə bilməz.
Həmçinin, deyirlər ki, Validə Hüseynova pulla bərabər bəzi məktəb direktorlarına qoyun, 100 ədəd kənd yumurtası
gətirmələrini tapşırır. Nə direktorlar, nə müəllimlər onun qəbuluna düşə bilmirlər. Sanki şöbə müdiri ilə onların arasında
bir Çin səddi var. Kimin sözü, şikayəti və dərdi-səri varsa, şöbə müdirinin bacısı Mədinə xanıma ağız açmalıdır. Yəni,
V.Hüseynova ənənəni bu cür qurub. Artıq həm direktorlar, həm də müəllimlər V.Hüseynovanın özbaşınalıqlarından,
idarəetmə tərzindən beziblər.
Görün, V.Hüseynova müəllimlərə necə yollar qoyub: demək, hansısa bir müəllim başqa məktəbdə də dərs demək istəsə,
bunun üçün yol açıqdır, lakin o, mütləq alacağı maaşın tən yarısını V.Hüseynovaya verməlidir. Bu da heç bir müəllimə
sərf etmir.
Bugünlərdə Xoşqədəm Hidayətqızının müəllifi olduğu «Səni axtarıram» verilişində Tovuzun təhsil sistemindəki
özbaşınalıqlar bir daha qabardıldı, Rusiya vətəndaşı olan Kəklik adlı bir qızın qeyri-qanuni Tovuzda təhsil alması
yolverilməz hal kimi diqqətə çatdırıldı. Bu, o anlama gəlir ki, Tovuz məktəblərində Allah bilir, daha hansı hoqqalar baş
verir.
Tovuz məktəblərində 10-11-ci sinif şagirdlərinin dərsə davamiyyətinin zəif, yaxud heç olmaması, bilik səviyyəsinin çox
aşağı düşməsi və s. də Tovuz təhsilindəki V.Hüseynova rejiminin bariz göstəriciləridir. Şagirdlərin məktəblərdə dərs
keçilmədiyi üçün əlavə müəllim yanına getmək məcburiyyətində qalmaları da bu fasonlu işin bir nümunəsidir. Həm də,
kənarlarda əlavə dərslərin keçilməsi, yəni repititorluğa şərait yaradılması da V.Hüseynovanın «yığım kampaniyası»na
xidmət edir.
Tovuz məktəblərində qış mövsümünə hazırlıqlar da ürək ağrıdır. Sinifləri qızdırmaq üçün valideynlərdən pul yığılır,
dövlətin verdiyi pullar isə V.Hüseynovanın şəxsi cibinə axır. Maraqlıdır ki, aylardır onun bu qanunsuz əməlləri və
özbaşınalıqları barədə təkrar-təkrar yazılsa da, kimsə ona «dur!» demir. Nə üçün? Axı hansı səbəbə...


ZamanTv.az

Son xəbərlər

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək

Palata ən çox rast gəlinən pozuntuları açıqladı - SİYAHI

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Son bir ayda sürücülərin sükan arxasında yuxulaması nəticəsində 21 avtoqəza qeydə alınıb

Azərbaycan İordaniya ilə şəhərsalma sahəsində tərəfdaşlığı müzakirə edib

Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Həsən Məmmədovun oğlu VƏFAT ETDİ

Çempionlar Liqası: II təsnifat mərhələsində 5 oyun keçiriləcək

Ərdoğan: Yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq

MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb

Şəkidə beynəlxalq təşkilatın qida festivalı təşkil ediləcək

Fələstinin tanınması oyunu – 78 ildir açılmayan düyün - ŞƏRH

“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişib

Xankəndidə ehtiyatsızlıqdan yanğın törədən şəxs həbs edilib

Sabahın hava proqnozu açıqlanıb

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Rusiyada azərbaycanlı bloqer axtarışa verildi

Kəbirə xanım Məmmədova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İxtisas seçimində kimlər iştirak edə BİLMƏYƏCƏK...

Qəbələdə itkin düşən şəxs tapılıb

Bütün xəbərlər