{category-title}

<!-- x-tinymce/html -->

Azərbaycandakı siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.

Həmin bəyanatı təqdim edirik:

"2020-ci il 27 sentyabr tarixində başlayan Azərbaycan xalqının haqq savaşı – Vətən müharibəsi azərbaycanlıların böyüklüyünü, əzmini və qəhrəmanlığını bütün dünyaya göstərdi. Uzun illər düşmən işğalında olan, torpağının üstü də, altı da talan edilən Qarabağ və Şərqi Zəngəzur əraziləri Vətən müharibəsi Zəfəri ilə öz azadlığına qovuşdu. 44 gün ərzində Azərbaycan Ordusunun cəsur döyüşçüləri öz arxalarında Azərbaycan xalqının tükənməz gücünü və birliyini hiss edərək düşməni - Ermənistan ordusunu darmadağın etdi və bununla da Qafqazda uzun illər mövcud olan erməni mifini tarixin zülmətinə göndərdi.

Vətən müharibəsində Azərbaycan xalqının və əzəmətli Ordusunun qazandığı Zəfər dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunaraq Azərbaycanın növbəti qələbələrinin açarına çevrildi. Vətən müharibəsi Zəfərindən sonra Azərbaycan dövlətinin humanist, sülhpərvər və tolerant mövqeyi ilə hələ də Qarabağda yaşayan erməni separatçıları və onları qoruduğunu iddia edən silahlı dəstələrin işğaldan azad edilən ərazilərimizdə quruculuq işləri ilə məşğul olan vətəndaşlarımıza qarşı törətdikləri cinayətlər, eləcə də Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlərin davam etməsi 2023-cü ilin 19 sentyabr tarixində başlanan birgünlük antiterror əməliyyatlarını labüd etdi. Milli həmrəyliyin təzahürü olan xalq-ordu birliyinin nəticəsində qalibiyyətlə başa çatan antiterror əməliyyatından sonra Azərbaycanda yer almış separatçı qüvvələrin kökü birdəfəlik kəsildi, tarixən azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərin hüquqi müstəvidə cəzasından qorxan ermənilər Azərbaycan dövlətinin ərazisini könüllü şəkildə birdəfəlik tərk etdilər.

Azərbaycan ordusunun yüksək humanist keyfiyyətlərlə – bir nəfər də olsun sivil şəxsə toxunulmadan şərəf, namus və ləyaqətlə icra etdiyi bu tarixi missiya Azərbaycan dövlətinə tarixində ilk dəfə tam suverenlik qazandırdı. Azərbaycanın yüz illər ərzində apardığı haqq mübarizəsi, Vətən uğrunda verilən qurbanlar Azərbaycan xalqını tarixinin ən böyük Qələbəsinə qovuşdurdu və müzəffər xalqa çevirdi. Azərbaycan indi öz tarixinin ən güclü, şərəfli və məğrur dövrünü yaşamaqdadır.

Bütün dünya azərbaycanlıları dərindən dərk edir ki, 44 günlük Vətən müharibəsinin nəticəsində təkcə ərazi bütövlüyümüz bərpa edilməmiş, eyni zamanda Azərbaycan xalqının qüruru özünə qayıtmış və Azərbaycan dünya dövlətləri sırasında qalib dövlətə çevrilmişdir. Dünya tarixinin ən qarışıq və təhlükələrlə dolu zamanında Azərbaycan xalqının, Azərbaycan Ordusunun və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətçilik tariximizə bəxş etdiyi bu şanlı səhifə daim xatırlanacaq və əbədi yaşayacaqdır.

Bu gün Azərbaycan beynəlxalq miqyasda söz sahibidir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş sürətlə həyata keçirilən bərpa-quruculuq işləri əzəli torpaqlarımıza həyat bəxş edir, eləcə də bütün dünyaya Azərbaycanın gücünü nümayiş etdirir. Erməni vandalizminin qurbanı olan tarixi abidələrimiz bərpa olunur, 30 il müddətində daşı-daş üstdə qalmayan şəhərlər yenidən qurulur, Qarabağın hər bir guşəsinə həyat yenidən qayıdır, Şuşa, Xankəndi, Laçın və digər şəhərlər dünyanın nüfuzlu liderlərinin görüş məkanına çevrilir.

Sevindirici haldır ki, Qarabağda Azərbaycan dövlətinin həyata keçirdiyi quruculuq prosesi dost ölkələrin də yüksək diqqətindədir. Xüsusən Türk Dövlətlərinin rəhbərlərinin Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə dəstəyi gündən-günə daha da inkişaf edən türk birliyinin simvoluna çevrilir. Dünyanın super dövlətlərinin dəstəyi ilə qısa zamanda fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycanın ərazilərini deyil, bütün türk dünyasını bir-biri ilə bağlayan, Uzaq Şərqi Avropa ilə birləşdirən tarixi İpək Yolunun bir parçasına çevrilir.

Dövlətimizin dünya birliyində tutduğu layiqli mövqeyi, Qalib dövlət nüfuzunun qorunması istiqamətində atılan böyük addımları yüksək dəyərləndirərək Vətənimiz naminə daim siyasi milli birliyi dəstəkləyən partiyalar xalqımızı və dünya azərbaycanlılarını Zəfər Gününün beşinci ildönümü münasibətilə təbrik edir və hər kəsi güclü Azərbaycan naminə sarsılmaz və daha möhkəm milli birliyə səsləyir.

1. Yeni Azərbaycan Partiyası

2. Vətəndaş Həmrəyliyi Partiyası - Sabir Rüstəmxanlı

3. "Ana Vətən" Partiyası - Fəzail Ağamalı

4. Ədalət, Hüquq, Demokratiya Partiyası - Qüdrət Həsənquliyev

5. Böyük Quruluş Partiyası - Fazil Mustafa

6. Demokratik İslahatlar Partiyası - Asim Mollazadə

7. Azərbaycan Demokratik Maarifçilik Partiyası - Elşən Musayev

8. Milli Cəbhə Partiyası - Razi Nurullayev

9. "Azərbaycan Milli İstiqlal" Partiyası - Arzuxan Əlizadə

10. "Böyük Azərbaycan" Partiyası - Elşad Musayev

11. Haqq Ədalət Partiyası - Əli İnsanov

12. Azərbaycan Ümid Partiyası - İqbal Ağazadə

13. Milli Dirçəliş Hərəkatı Partiyası - Fərəc Quliyev

14. Azərbaycan Demokrat Partiyası - Sərdar Cəlaloğlu

15. Klassik Xalq Cəbhəsi Partiyası - Mirmahmud Fəttayev

16. AĞ Partiyası - Tural Abbaslı

17. REAL Partiyası - Natiq Cəfərli

18. Azad Vətən Partiyası - Akif Nağı

19. Müasir Müsavat Partiyası - Hafiz Hacıyev

20. Yeni Zaman Partiyası - Musa Ağayev

21. Gələcək Azərbaycan Partiyası - Ağasif Şakiroğlu

22. Vəhdət Partiyası - Adəm İsmayılov

23. Ədalət Partiyası - Mütəllim Rəhimov".

Son xəbərlər

“Qarabağda Yenidən Dirçəlişin Simvolu: Leysan Məmmədovun Fədakar Rəhbərliyi”

“Təbii Nəktar və Fədakarlığın Simvolu: Mirhümbət Səmədovun Arıçılıq Sahəsindəki Əməyi”

Fərhad Həsənov: Milli Konstitusiya - müstəqil Azərbaycanın demokratik inkişafının hüquqi əsası

Təyyarə siqnal vermədən radarlardan itib

ABŞ-də görüşdülər

Azərbaycan - İslandiya oyununun hakimləri açıqlandı

Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR

Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi

Babək Quliyev UEFA-dan növbəti təyinat alıb

Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə abidə ucaldılacaq

London COP29-da iqlim dəyişikliyi ilə mübarizədə töhfəyə görə Bakıya təşəkkür edib

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb

Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib

Karapetyan “Ermənistan Elektrik Şəbəkələri”ni idarə etməkdən məhrum edilə bilər

İslam Oyunları: Azərbaycan millisi yarımfinalda məğlub olub

Tusk: Ukraynanın müharibəni uduzması üçün obyektiv səbəb yoxdur

Sabah 24 dərəcə isti olacaq - PROQNOZ

Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib

Ermənistanın kapitulyasiya aktına imza atmasından 5 il ötür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi

Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Bütün xəbərlər