{category-title}

Gündəm / Cəmiyyət
6.11.2025, 16:18
Mahmud Abbas Roma Papası ilə görüşdü

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Vatikana səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.
Tərəflər Qəzzadakı mülki əhaliyə yardım göstərilməsinin yollarını müzakirə ediblər.
O cümlədən, Fələstin-İsrail münaqişəsinin iki dövlətli həll yolu ilə nəticələnməsinin zərurəti vurğulanıb.
Mahmud Abbasın sabah İtaliyanın Baş naziri Giorgia Meloni ilə də görüşü planlaşdırılıb.
