{category-title}

Gündəm / Cəmiyyət
29.10.2025, 19:14
Ukraynadan daha 12 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

Ukraynanın Sumı vilayətindən olan yeni bir qrup – 12 uşaq reabilitasiya proqramı çərçivəsində Azərbaycana gəlib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev "X" hesabında paylaşım edib.
O qeyd edib ki, təşəbbüs Ukraynanın xarici işlər nazirinin müavini Andrii Sybiha tərəfindən irəli sürülüb.
Səfir bildirib ki, indiyədək, o cümlədən bu il 215 nəfər olmaqla, ümumilikdə, 459 ukraynalı uşaq Azərbaycanda qayğı və sülh tapıb.
“Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq", - Husyev vurğulayıb.