{category-title}

<!-- x-tinymce/html -->

Gələn ildən elektrik və hibrid mühərrikli avtomobillərin qiyməti necə dəyişəcək? - ARAŞDIRMA

Gələn il yanvarın 1-dən hibrid və elektrik mühərrikli minik avtomobillərinin idxalı və satışına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) güzəştinin müddəti başa çatır.

Bununla bağlı Vergi Məcəlləsinə hər hansı dəyişikliklə bağlı təklif təqdim edilməyib. Yalnız 2026-cı ildən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan və satılan elektrik mühərrikli avtobuslara ƏDV güzəştinin tətbiq ediləcəyi məlumdur.

Bu güzəşt yalnız oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış, tam elektrik mühərriki ilə işləyən avtobuslara şamil ediləcək.

Qeyd edək ki, ƏDV dövlətin mal və xidmətlərin üzərinə əlavə etdiyi 18 faizlik dolayı vergidir. Bu vergi büdcəyə ödənilsə də, yük son nəticədə istehlakçının üzərinə düşür, çünki ƏDV birbaşa məhsulun satış qiymətinə daxil edilir.

Beləliklə, 2026-cı ildən ƏDV-nin bərpası yaşıl nəqliyyat vasitələrinin maya dəyərini artıracaq. Bu isə həm idxalçılar, həm də alıcılar üçün yeni qiymət reallığı formalaşdıracaq və hibrid, eləcə də elektrik mühərrikli avtomobillərin satışında müəyyən bahalaşma ilə nəticələnəcək.

Əvvəlki güzəştlərin xronologiyası

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad edilmişdi. Daha sonra 2022-ci ildən etibarən bu güzəşt həm idxala, həm də satış mərhələsinə şamil olundu. Həmin ildən hibrid avtomobillərin idxalı və satışı da ƏDV-dən azad edilmişdi. Eyni zamanda, Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli 411 saylı Qərarı ilə istehsal tarixindən 3 ilədək olan elektromobillərin gömrük rüsumu 15 faizdən 0 faizə endirildi.

Hibrid və elektromobillərin vergi fərqləri

ƏDV güzəştinin ləğvi nəticəsində hibrid və elektrik mühərrikli avtomobillərin qiymətinin nə qədər artacağı məsələsi həm idxalçılar, həm də alıcılar üçün hazırda ən çox müzakirə olunan mövzulardandır. Qiymət artımının dəqiq miqdarını başa düşmək üçün sadə hesablamalara baxmaq kifayətdir. Aşağıdakı misallar bu dəyişikliklərin real idxal xərclərinə necə təsir edəcəyini aydın göstərir.

Misal 1: Fiziki şəxs hibrid avtomobil idxal edir

Tutaq ki, bir fiziki şəxs 2024-cü istehsallı, 2500 kubsantimetrlik mühərrikə malik hibrid avtomobili idxal edir. Avtomobilin gömrük dəyəri 40 min manatdır.

2025-ci ilədək qüvvədə olan qaydalara görə, belə bir avtomobil üçün 5100 manat gömrük rüsumu, 3100 manat aksiz vergisi ödənilirdi. ƏDV güzəşti qüvvədə olduğundan əlavə vergi tutulmurdu və ümumi xərc digər rusumlarla birlikdə təxminən 48 445 manat civarında formalaşırdı.

Yeni qaydalar qüvvəyə mindikdən sonra isə eyni avtomobil üçün həmin 5100 manat gömrük və 3100 manat aksiz, 245 digər rusumlarla yanaşı, ƏDV də hesablanacaq. ƏDV məbləği isə 8 681 manat təşkil edəcək. Nəticədə bu avtomobilin idxal xərci 57 126 manata yüksələcək. Başqa sözlə, hibrid avtomobilin qiyməti təxminən 8 681 manat və ya 18 faiz artacaq.

Misal 2: Fiziki şəxs elektromobil idxal edir

Fiziki şəxs 40 min manat dəyərində, istehsal tarixi 2024-cü il olan elektromobil idxal edir. Bu avtomobillər gömrük və aksizdən azaddır, həmçinin indiyə qədər ƏDV tətbiq olunmurdu. Bu səbəbdən avtomobilin ümumi idxal dəyəri digər rusumlarla birlikdə təxminən 40 245 manat idi.

Lakin 2026-cı ildən etibarən elektromobillərin satış və idxalı üzrə 18 faiz ƏDV bərpa olunacaq. Beləliklə, idxal zamanı təxminən 7 200 manat ƏDV tutulacaq və avtomobilin ümumi qiyməti 47 445 manata yüksələcək. Beləliklə, fiziki şəxs üçün elektromobilin dəyəri 7 200 manat və ya 18% bahalaşacaq.

Birinci nümunədə hibrid avtomobilin, ikinci nümunədə isə elektromobilin idxalı zamanı tətbiq edilən vergi və rüsumlar müqayisə edilir. Bu hesablamalar göstərir ki, 2026-cı ildən sonra eyni model avtomobilin gətirilməsi əvvəlkindən xeyli baha başa gələcək.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi daxilolmaları 4 milyard 750 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin proqnozu ilə müqayisədə 182 milyon manat çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycana 121 milyon 606 min ABŞ dolları dəyərində 3027 ədəd elektromobil, 679 milyon 489 min ABŞ dolları dəyərində 26197 ədəd isə hibrid mühərrikli avtomobillər idxal edilib.

Son xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib

Azərbaycan Prezidenti: Bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir

Sabah Qaraçuxur qəsəbəsində qaz olmayacaq

BƏƏ Federal Milli Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub

Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Rusiya Dövlət Duması hərbi xidmətə ilboyu çağırış haqqında qanun layihəsini yekun oxunuşda qəbul edib

Zelenski: Avropa İttifaqı Ukraynaya 2–3 il dəstək verməyi planlaşdırır

İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verilib

Sinaqoqda terrora hazırlaşan İŞİD-çiyə hökm oxunub

Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır

Gələn ildən elektrik və hibrid mühərrikli avtomobillərin qiyməti necə dəyişəcək? - ARAŞDIRMA

Azərbaycan İordaniyaya yeni səfir təyin edib

Emin Əmrullayev: Qızların yuxarı siniflərdə təhsil göstəricilərinin azalması qadağalarla üzləşmələri ilə bağlıdır

Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub

Sabahın hava proqnozu açıqlanıb

Poliklinikalarda elektron növbə sistemi bütün ölkəni əhatə edəcək

TƏBİB rəsmisi: Süd vəzi xərçəngi ilə bağlı keçirilən müayinələrin nəticələri ilin sonuna açıqlanacaq

Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşəcək

Rusiyada ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq

Maaşlarımızdan bu qədər vergi tutulacaq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bəylər Eyyubovun təyinatı barədə xəbər TƏSDİQLƏNDİ

Bütün xəbərlər