{category-title}

"Euronews": Azərbaycan aktiv şəkildə urbanizasiya siyasətini həyata keçirir

"Euronews" telekanalı Azərbaycanda keçirilmiş III Milli Şəhərsalma Forumuna həsr olunmuş reportaj hazırlayıb.

Reportajda Azərbaycanın 2026-cı ilin yazında ölkədə keçiriləcək Ümumdünya Forumu ərəfəsində urbanizasiya üzrə ekspertlərin bir araya gətirilməsi barədə danışılır.

Telekanal qeyd edir ki, Xankəndində keçirilən Milli Şəhərsalma Forumu şəhərləri daha dayanıqlı, inklüziv və dəyişikliklərə davamlı etmək yollarını müzakirəsi üçün 64 ölkədən 400-dən çox iştirakçını bir araya gətirib

"Biz beynəlxalq tərəfdaşlarla əməkdaşlığa davam edirik. Bu, qlobal tendensiyaları və standartları izləməyimizə kömək edir. Azərbaycanda işləyən hər bir beynəlxalq şirkətin ən azı bir, əksər hallarda isə bir neçə azərbaycanlı memarla əməkdaşlıq etməsi baxımından bu faydalıdır. Bunun sayəsində milli peşəkar potensial artır", - "Euronews" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin sözlərini sitat gətirib.

Reportajda qeyd olunub ki, dünyanın hər yerində şəhər əraziləri iqlim və ictimai səhiyyənin artan problemləri ilə üzləşdiyi üçün şəhərsalma forumu innovasiya və əməkdaşlığın daha dayanıqlı, yaşayış üçün əlverişli şəhərlər qurmağa necə kömək edəcəyinin araşdırılması üçün mühüm platforma rolunu oynayıb.

"Dayanıqlılıq, həmçinin innovativ təhsil deməkdir. Söhbət təhsildən gedəndə, biz uşaqların yaxşı təhsil almaq üçün daha yaxşı şəraitə malik olmasını istədik", - "SA Partners"in təsisçi-tərəfdaşı Dunya Kovari-Binggeli deyib.

Materialda vurğulanıb ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında öz urbanizasiya siyasətini fəal şəkildə beynəlxalq standartlara uyğunlaşdırır: "BMT və Azərbaycan yüksək birgə iş və yaradıcılıq ruhunda sıx əməkdaşlıq edirlər. Onlar birlikdə bu tədbiri daha effektiv və həqiqətən xüsusi etməyə çalışırlar".

"UN-Habitat"ın icraçı direktoru Anaklaudiya Rossbax bildirib ki, şəhərlərin necə böyüdüyü izlənilməli, tikililərin sıxlaşdırılması kimi ağıllı strategiyalar planlaşdırılmalı və hazırlanmalıdır.

Son xəbərlər

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər