{category-title}

Şagird və müəllimlərin nəzərinə! - YENİLİK

“Hazırda tətbiq etdiyimiz “Rəqəmsal məktəb” platformasında yaxın gələcəkdə şagird və müəllimlərə dəstək məqsədilə iki süni intellekt agenti istifadəyə veriləcək”.

Bu fikirləri Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “CBC Azərbaycan” kanalında yayımlanan “Davamlılıq və inkişaf" verilişində səsləndirib.

O bildirib ki, Elm və Təhsil Nazirliyinin bütün fəaliyyəti şagirdləri onların gələcək peşə fəaliyyətlərinə hazırlamağa yönəlib: “Bu gün artıq elə bir sahə yoxdur ki, o sahəni, o cümlədən təhsili süni intellektsiz təsəvvür etmək mümkün olsun. Yaxın gələcəkdə süni intellekt bir çox peşələri əvəz edəcək. Əslində, bu işləri süni intellektin özü yox, onu mənimsəmiş insanlar görəcəklər. Ona görə də çox vacibdir ki, şagirdlərimiz və tələbələrimiz təhsilin müxtəlif pillələrində yeni texnologiyalardan, o cümlədən süni intellektdən istifadə etməyi bacarsınlar”.

İdarə rəisi qeyd edib ki, istifadəyə veriləcək süni intellekt agentində məzmun yalnız tədris məqsədləri üçün filtrasiya ediləcək: “Süni intellekt agentləri öz funksiyasını anlayaraq şagirdlərə məktəbdə tam başa düşmədikləri və ya natamam mənimsədikləri mövzuları izah etmək üçün fəaliyyət göstərəcək. Digər süni intellekt agenti isə müəllimlərə kömək məqsədilə hazırlanır. İstəyirik ki, müəllimlər vaxtlarının daha çox hissəsini kağız üzərində hesabat və sənədləşmə işlərinə deyil, dərsin izahına, mövzunun tədrisinə sərf etsinlər. Buna görə də müəllimlərin apardığı çoxsaylı hesabat və sənədləşmə işləri avtomatlaşdırılacaq və bu agentin əsas vəzifəsi də müəllimlərə dəstək göstərmək olacaq”.

V.Xanlarov həmçinin söyləyib ki, valideynlər üçün də süni intellekt elementləri olan müxtəlif mobil həllər üzərində iş aparılır.

Son xəbərlər

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Bütün xəbərlər