{category-title}

Bu vəzifəli şəxslər cərimələrə görə protokol tərtib edəcək - Fərman

“Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda 2026-cı il yanvarın 1-dən 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına, 2026-cı il iyulun 1-dən 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müəyyənləşib.

Beləliklə, elektrik közərmə lampalarının idxalına münasibətdə Dövlət Gömrük Komitəsi adından inzibati xətanı aşkar etmiş Dövlət Gömrük Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Komitənin Aparatının Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin rəisi, onun müavinləri, həmin baş idarənin idarə, şöbə (bölmə) rəisləri, Komitənin Aparatının İstintaq idarəsinin rəisi, onun müavinləri, Komitənin sisteminə daxil olan ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin və gömrük idarələrinin rəisləri, onların müavinləri, şöbə rəisləri, onların müavinləri, bölmə rəisləri, baş inspektorlar, böyük inspektorlar, müstəntiqlər və təhqiqatçılar, elektrik közərmə lampalarının istehsalına münasibətdə Energetika Nazirliyi adından – energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial rəhbəri, onun müavini, baş müfəttiş, böyük müfəttiş, aparıcı müfəttiş, müfəttiş protokol tərtib edəcək.

Elektrik közərmə lampalarının satışına münasibətdə inzibati xətanı aşkar etmiş Energetika Nazirliyi adından energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial rəhbəri, onun müavini, baş müfəttiş, böyük müfəttiş, aparıcı müfəttiş, müfəttiş, inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi protokol tərtib etmək səlahiyyətində olacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər